Cümə məscidi (Sumqayıt)
Sumqayıt şəhər "Cümə" məscidi — Sumqayıt şəhərində Cümə məscidi.[1]
Cümə məscidi | |
---|---|
Din | |
Statusu | Cümə məscidi |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Şəhər | Sumqayıt |
Yeri | 6-cı mikrorayon, H.Salayev küçəsi |
Memarlıq | |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Saytı |
Tarixi
Sumqayıt şəhər "Cümə" məscidi 1991-ci ildə şəhər sakinlərinin vəsaiti hesabına inşa olunmuşdur. Sumqayıt Şəhər İcra Hakimiyyəti 2005-ci ildə məscidi yüksək səviyyədə əsaslı təmir etmişdir.
Məscidin sahəsi 30000 kvadrat metr, tutumu isə 450-500 nəfərdir.
2013-ci ildə yenidən təmir olunan məsciddə hündürlüyü 34 metr olan minarə tikilmişdir.[2] Məscidin fəsadı, qübbəsi isə Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənmişdir. Gündəlik 300-350 nəfərin ibadətə gəldiyi məsciddə dövlət qeydiyyatından keçmiş dini icma fəaliyyət göstərir.
İstinadlar
- "Sumqayıt şəhər "Cümə" məscidi — scwra.gov.az saytı". 2017-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-05.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.