Moskva Cümə Məscidi

Moskva Cümə MəscidiRusiyanın Moskva şəhərindəki ən böyük və əzəmətli məscidi.

Moskva Cümə Məscidi
rus. Московская соборная мечеть
Moskva Cümə Məscidi (06.01.2016)
55°46′45″ şm. e. 37°37′37″ ş. u.
Ölkə  Rusiya
Şəhər Moskva
Yerləşir Moskva
Aidiyyatı Rusiya imperiyası
Memar Nikolay Jukov
Tikilmə tarixi 1904, 2011–2015
Sahəsi
  • 18.900 
Vəziyyəti əla
Rəsmi sayt mihrab.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yenidənqurma və bərpa işləri

2015-ci il sentyabrın 23-də məscidin yenidənqurma və bərpa işlərindən sonra açılışı olub. Açılış mərasimində Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Fələstin Dövlət Başçısı Mahmud Abbas da iştirak edib. Tədbirə Tatarıstan prezidenti, Çeçenistan, Dağıstan, eləcə də Rusiyanın digər subyekt başçıları, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Moskva meri Sergey Sobyanin, Ümumrusiya azərbaycanlılar Konqresinin, Azərbaycandakı əfqan icmasının və tatar diasporunun nümayəndələri və digərləri də qatılıb.[1]

Tikinti xüsusiyyətləri

Məscidin sahəsi bərpadan sonra 20 dəfə artırılaraq 19 min kvadratmetrə çatdırılıb. Bərpadan sonra məsciddə eyni vaxtda 10 min möminin namaz qıla biləcək. Altı mərtəbəli məsciddə 7 lift var. Məscidin günbəzi 46 metr, diametri 27 metrdir.[2]

Məscidin minarələrində quraşdırılmış eyvanlardan bütün Moskva şəhərini seyr etmək mümkündür. Məscidin tikintisinə 170 milyon dollar xərclənib.[3]

İstinadlar

  1. "Moskva "Cümə" məscidinin açılış mərasimi keçirilib" (az.). musavat.com. 23.09.2015. 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-30.
  2. "Moskva: Cümə məscidi təmirdən sonra" (az.). novator.az. 23.09.2015. 2015-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-30.
  3. "Moskvada Cümə Məscidinin açılışı oldu" (az.). reaksiya.az. 23.09.2015. 2016-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-30.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.