Cümə məscidi (Digah)

Digah "Cümə" məscidi[1]Abşeron rayonu Digah qəsəbəsində yerləşən cümə məscidi. Məscid qəsəbənin daxilinə uzanan Hacı Zeynalabdin Tağıyev küçəsində yerləşir.

Cümə məscidi
Din
Statusu Cümə məscidi
Yerləşməsi
Ölkə  Azərbaycan
Şəhər Digah
Yeri Digah qəsəbəsi, Sülh küçəsi
Memarlıq
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
Saytı

Tarixi

Digah Cümə məscidinin inşa tarixi dəqiq məlum deyil. Məscidin təməlinin qoyulması 1430-31-ci illər olması qeyd edilir[2]. Bununla belə məscid hazır ki, formasını alana qədər yenidən tikilmiş və ya təmir-bərpa işləri həyata keçirilmişdir. Məscidin ilkin sahəsi 54 m² olmuçşdur. XIX əsrin əvvəllərində isə əlavə olaraq 81 m² sahə əlavə edilmişdir. 1988-1989-cu illərdə qadınlar üçün tikilmiş hissəsinin sahəsi isə 96 m²-dir.

Tikili

Məscidin divarlarının qalınlığı 1 metrdir. Tikilinin ümumi uzunluğu 22 m, eni isə əlavə tikililəri ilə birlikdə 12 m olmuşdur. Yerdən tavanadək hündürlüyü 5 m, günbəzədək hündürlük isə 10 metrdir. Məscid karxana daşları ilə tikilib. Günbəzi 4 sütun üzərində dayanıb. Sütunlar tağlarla birləşib. Damı dəmir təbəqə ilə örtülüb. Məscid sadə konstruksiyaya malikdir. Sonradan yanında yardımçı tikililər inşa edilmişdir. Minarəsi sonradan əlavə edilmişdir.

İstinadlar

  1. "Cümə məscidi (Digah)". 2021-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-27.
  2. "Abşeron memarlığı" (PDF). 2019-09-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-09-27.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.