Cümşüd Zülfüqarlı

Cümşüd İsmayıl oğlu Zülfüqarlı (30 yanvar 1905, Naxçıvan12 dekabr 1982, Bakı) — professor (1961), kimya elmləri doktoru (1963), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (1968), Azərbaycan Respublikası əməkdar elm xadimi (1971). Azərbaycanın keçmiş xarici işlər naziri, Latviya və Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri olmuş Tofiq Zülfüqarovun əmisi olan Cümşüd Zülfüqarlı 1941-1945-ci illərdə Böyük Vətən müharibəsi iştirakçısı olmuşdur.[1]

Cümşüd Zülfüqarlı
Doğum tarixi
Doğum yeri Naxçıvan
Vəfat tarixi (77 yaşında)
Vəfat yeri Bakı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elmi dərəcəsi
Mükafatları "Qırmızı ulduz" ordeni

Fəaliyyəti

  • 1950-ci ilədək Müharibədən sonra Azərbaycan Milli Elmlər Akademiyasının Neft İnstitutunda laboratoriya müdiri
  • 1951–1952-ci ildə Azərbaycan Dövlət Unversitetində (indiki BDU) kimya fakültəsinin dekanı ,1957-1982-ci illərdə qeyri-üzvi kimya kafedrasının müdiri vəzifələrində işləmişdir.
  • Tədqiqatları neftdə, orqanizmlərdə, torpaqda, müxtəlif tipli çökmə süxurlarda, lay sularında mikroelementlərin yayılma qanuna-uyğunluqlarının aşkara çıxarılmasına həsr edilmişdir.
  • Buruq sularından yod alınmasının yeni üsulunu təklif etmiş, alunitin emalı məhsullarından sulfat turşusu alınması texnologiyasının təkmilləşdirilməsi yollarını göstərmiş, ana dilində kimya terminologiyasının yaranması işinə, kimya elminin tədrisi üsullarının təkmilləşdirilməsinə xüsusi diqqət yetirmişdir.
  • 300-dən çox elmi əsərin müəllifidir. Elmi-pedaqoji kadrların hazırlanmasında xidməti var.
  • 1966–1967-ci illərdə Almaniya Demokratik Respublikasında, 1974-cü ildə Yaponiya, 1977-ci ildə Şotlandiya, SuriyaÇexoslovakiyada beynəlxalq konfrans və konqreslərdə məruzələr etmişdir.
  • "Qırmızı Ulduz" ordeni ilə təltif edilmiş, SSRİ-nin və Azərbaycan Respublikasının qabaqcıl maarif xadimi fəxri adlarına layiq görülmüşdür.
Дом в Баку, в котором жил Cümşüd Zülfüqarlı

Əsərləri

  • Qeyri-üzvi kimya terminologiyası, B., 1939;
  • Azərbaycanca üzvi kimya terminologiyasının prin-sipləri haqqında, B., 1941;
  • Qeyri-üzvi kimya praktikumu, B., 1979;
  • Распространение микроелементов в каустобиолитах, организмах, осадочных породах и пластовых водах, Б., 1960.

İstinadlar

  1. Naxçıvan Ensiklopediyası. II cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 390. ISBN 5-8066-1468-9.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.