Cümşüd Nuriyev

Nuriyev Cümşüd Qurban oğlu (16 sentyabr 1955, Ağsu rayonu) — 1990–1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı, Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının 50 üzvündən biri, Qarabağa Xalq Yardımı Komitəsi sədrinin birinci müavini. Dağlıq Qarabağda, o cümlədən Xocalıda soyqırımı hadisələrinin təfsilatını aydınlaşdırmaq üçün yaradılan deputat istintaq komissiyasının 15 üzvündən biri.

Cümşüd Nuriyev
Nuriyev Cümşüd Qurban oğlu
1998 2000
SonrakıRafiq Manaflı
9 yanvar 1993 1993
PrezidentƏbülfəz Elçibəy
NazirTofiq Hüseynli
Müzamil Abdullayev
5 fevral 1992 1993
PrezidentAyaz Mütəllibov
Əbülfəz Elçibəy
SədrTofiq Kərimov
bayraq
Azərbaycan Ali Sovetinin XII çağırış deputatı
bayraq2
1990 1995
Seçildiyi dairə62 nömrəli Oktyabr
Şəxsi məlumatlar
Doğum tarixi 16 sentyabr 1955(1955-09-16) (68 yaş)
Doğum yeri
Partiya
Fəaliyyəti siyasətçi

Azərbaycan Respublikası Gömrük Komitəsi sədrinin birinci müavini (1992), Milli Məclisin Büdcəyə nəzarət daimi komissiyasının sədri (1992), Kənd təsərrüfatı və ərzaq nazirinin müavini (1993–1995).

Həyatı

Bakı Dövlət Universitetinin "Geoloji coğrafiya" və Təfəkkür Universitetinin Hüqüq fakültələrini fərqlənmə diplomları ilə bitirmişdir.

1983-cü ildə Kənd təsərrüfatı elmləri üzrə namizədlik, 2010-cu illdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Siyasi elmlər üzrə doktorluq dissertasiyalarını müdafiə etmişdir. Siyasi elmlər doktoru, professordur.

Ailəsi

Ailəlidir, iki övladı, üç nəvəsi var. Həyat yoldaşı-Kəmalə Nurieva. Uşaqlar-Günay Nurieva,Shəbnəm Nurieva. Nəvələri-Ali Bayramov,Hüseyn Bayramov,Firuzə Garazadə

Elmi fəaliyyəti

2005–2012-ci illər ərzində 3 monoqrafiyanın ("Heydər Əliyev və Azərbaycanın Aqrar kursu", "Siyasi sabitlik və aqrar islahatlar", "Azərbaycan Respublikasında aqrar islahatların siyasi, hüquqi və elmi əsasları"), ali məktəb tələbələri üçün 6 dərsliyin ("Beynəlxalq iqtisadi münasibətlərin hüquqi tənzimlənməsi", "Gömrük ekspertizası", "Gömrük hüququ", "Ekologiya hüququ", "Gömrük rəsmiləşdirilməsi", "Gömrük işinin təşkili və idarə edilməsi"), 7 dərs vəsaitinin ("Gömrük statistikası", "Ekoloji siyasət" (rus dilində), "İqtisadiyyat və hüquq", "Azərbaycanın Gömrük tarixi", "Gömrük etikası", "Torpaq hüququ", "Saxtalaşdırılmış tarixin sirləri (rus dilində)"), ali məktəblər üçün hazırlanan 6 tədris-metodik vəsaitin müəlliflərindəndir. Həmçinin, bu illər ərzində Azərbaycan, Türkiyə, Gürcüstan və Rusiyanın elmi jurnallarında 40 məqaləsi çap olunmuş, Azərbaycan, Rusiya və Türkiyədə keçirilən beynəlxalq elmi konfranslarda çıxışları olmuşdur.

2017-2019-cu illərdə mən ETM “Təfəkkür” Universitetində, 2020-2021-ci illərdə Odlar Yurdu Universitetində çalışmışdır.

Siyasi fəaliyyəti

26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir[1].1992-ci ilin May ayında yaradılan Milli Məclisin "Büdcəyə nəzarət" komissiyasının sədri seçilmişdir. İstiqlalçı deputat Cümşüd Nuriyev Vətəndaş Həmrəyliyi Partiyasının təsisçilərindən olmuş, 1998-2000-ci illərdə Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisinin sədri olmuşdur. 2000-ci ildə VHP-dən istefa verib.

Cümşüd Nuriyev bir müddət Azərbaycan Demokratik Sahibkarlar Partiyasının üzvü olmuşdur.[2]

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.