Cücanlı

CücanlıAzərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd.

Cücanlı
40°37′00″ şm. e. 45°28′00″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Gədəbəy rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 144 (2009) nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ2128[1]
Cücanlı xəritədə
Cücanlı
Cücanlı

Toponimikası

Cücanlı oyk. Gədəbəy r-nunun İsalı i.ə.v.-də kənd. Axınca çayının sahilində Şahdağ silsiləsinin ətəyindədir. Keçmiş adı Cucanbəyli olmuşdur. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsini XIX əsrdə Tovuz r-nundakı Əlibəyli kəndindən köçüb gəlmiş Cücənbəy adlı şəxs salmış və kənd də onun adı ilə adlandırılmışdır. 1917-ci ildə bu kənd Cüncübəy şəklində qeydə alınmışdır. Oykonim çaçanlı və ya cancanlı etnonimi ilə də bağlı ola bilər.[2]

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 144 nəfər əhali yaşayır.[3]

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıqheyvandarlıq təşkil edir.

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.