Buzovnaneftin binası

«Buzovnaneft»in binasıAzərbaycanın paytaxtı Bakı şəhərində, Səməd Vurğun və Nizami küçələrinin kəsişdiyi nöqtədə yerləşən bina. Bina Nəsimi meydanının qarşısında yerləşir. Tikinti prosesi 1945-ci ildə başa çatmış binanın memarları Sadıq DadaşovMikayıl Hüseynovdur.[1]

Buzovnaneftin binası
Ümumi məlumatlar
Növü ev
Ölkə
Koordinatlar 40°22′25″ şm. e. 49°50′31″ ş. u.
Dizayn və konstruksiya
Memar Sadıq Dadaşov, Mikayıl Hüseynov

Tarix

«Buzovnaneft»in binasının tikinti prosesi 1945-ci ildə, Sadıq Dadaşovun ölümündən qısa bir müddət əvvəl başa çatmışdır. Bina yalnız iki il ərzində inşa edilmişdir.[2] Bir qədər sonra binanın qarşısında bir meydan təsis edilmişdir. Bu meydanın mərkəzində fəvvarələr yerləşirdi. 1980-ci ildə bu fəvvarələr sökülmüş, yerlərində isə İmadəddin Nəsiminin heykəli tikilmişdir.[3] Parkın hər iki tərəfində bənzər memarlıq dizaynına malik evlərin yerləşdirilməsi nəzərdə tutulmuşdu.[4][5]

4 noyabr 1955-ci ildə Sov.İKP Mərkəzi KomitəsiSSRİ Nazirlər Soveti "dizayn və tikinti həddlərinin aradan qaldırılması haqqında" qərar qəbul etmişdir. Sərəncamda Mikayıl Hüseynovun Bakı şəhərində memarlıq etdiyi binaların "həddindən çox lazımsız strukturlar"a malik olduğu yazılmışdır. Tənqid edilən binalardan biri də «Buzovnaneft»in binası idi. Onların fikirlərinə görə, binada çoxlu "lüzumsüz, mürəkkəb qövslər və lociyalar" var idi.[6] Mikayıl Hüseynov bu tənqidlərə məhəl qoymadan öz fəaliyyətinə davam etmişdir.[7]

Memarlıq

Bina U-şəkilli və beş mərtəbəli bir evdir. Evin qarşısında Nəsimi meydanı yerləşir. Evin üzərində bir-birlərinə simmetrik olan iki qüllə var. Bu qüllələr taca bənzəyir və belvederdirlər.[1] Memar Rəna Əfəndizadənin sözlərinə görə, mənzilin fasadları plastik maddələrdən hazırlanıb və memar Aleksandr Ryabuşinin qeyd etdiyi kimi, mənzilin fasadında istifadə edilən maddələr çox bahalı və keyfiyyətli idi. Binanın cənuba doğru baxan hissəsində çoxlu pəncərələr və balkonlar var.[5] Ryabuşin dizaynerlərin binadakı pəncərələrin dizaynında Mərakeş memarlığından ilhamlandığını etiraf etmişdir.[1]

Binanın mənzillərində havalandırma sistemi mövcuddur.[5] Binanın cəmi səksən altı mənzili var.[8][9]

Mənbə

İstinadlar

  1. Ryabuşin, 1990. səh. 160
  2. Məmmədzadə, 1989. səh. 93
  3. Əfəndizadə, 1986. səh. 142
  4. "THE FACE OF SOVIET BAKU – ARCHITECTS SADIQ DADASHOV AND MIKAYIL USEYNOV". www.visions.az (ingilis). Visions of Azerbaijan. June 2013. 23 August 2018 tarixində arxivləşdirilib.
  5. Əfəndizadə, 1986. səh. 143
  6. "Постановление Центрального Комитета КПСС и Совета Министров СССР Об устранении излишеств в проектировании и строительстве". Pravda. 10 noyabr 1955. səh. 314. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-04.
  7. Əliyeva, İ. "Uzun ömrün naxışları". Azərbaycan (az.). 5. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-04.
  8. "Dadaşov Sadıq Ələkbər oğlu (1905-1946)". science.gov.az (az.). AMEA. 8 sentyabr 2018 tarixində arxivləşdirilib.
  9. Məmmədzadə, 1989. səh. 97

Ədəbiyyat

  • Məmmədzadə, K.M. Народный архитектор СССР Микаэль Усейнов. Bakı: «Elm» nəşriyyat. 1989. 396.
  • Aleksandr V.R. Новые горизонты архитектурного творчества: 1970—1980-е годы. Moskva: «Стройиздат». 1990. 325.
  • Rəna M.Ə. Архитектура Советского Азербайджана. Moskva: «Стройиздат». 1986. 316.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.