Buzlaq qaz soğanı

Buzlaq qaz soğanı (lat. Gagea glacialis)zanbaqkimilər fəsiləsinin gagea cinsinə aid bitki növü.

Buzlaq qaz soğanı
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Buzlaq qaz soğanı
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
NCBI  386513
EOL  1088692

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir — NT. Nadir növdür.[1][2]

Qısa morfoloji təsviri

Çoxillik ot bitkisidir. Soğanaq xırda, yumurtavari-kürəşəkilli, qabığı açıq bozumtuldur. İkinci soğanaq çox kiçikdir. Gövdəsi 5–10 sm hündürlükdə, kökətrafı yarpaqları ensiz-xətvaridır. 1,5–2 sm enində, çiçəkqrupundan uzun, çılpaq, yarımsilindrik formadadır, bəzən yarpaqları 2-dir. Çiçək qrupu az çiçəklidir, altdakı yarpaqları 2, bəzən 3-dür. Çiçəkyanlığının ləçəkləri 6 — uzunluğunda, neştərvaridir, küttəhərdir, daxili tərəfi sarı, xarici yaşılımtıldır. Erkəkcikləri çiçəkyanlığından demək olar ki, 2 dəfə qısadır. Qutucuğu uzunsov-yumurtaşəkillidir.[1][2][3][4]

Bioloji, ekoloji, fitosenoloji xüsusiyyətləri

Alp və Subalp qurşaqlarındakı çəmənlərdə, əriyən dağların ətrafında. Çiçəkləməsi may, avqust aylarına təsadüf edir. Çoxalması soğanaq və toxumladır. Mezokserofitdir. Geofit bəzək bitkisidir.[1][2][5]

Yayılması

Böyük Qafqazın Quba və qərb hissələri, Kiçik Qafqazın mərkəzi, Naxçıvanın dağlıq hissəsi.

sahəsinin Qapıcıq və Gəmiqaya dağlarında.[1][2][5][6]

Sayı və tendensiyası

Antropogen amillərin mənfi təsiri azalma təhlükəsini yaradır.[1][2]

Məhdudlaşdırıcı amillər

Əhali tərəfindən yığılması və zoogen amillər.[1][2]

Mühafizə tədbirləri

Mühafizəsi üçün xüsusi tədbirlər görülmür. Yasaqlıqların yaradılması vacibdir.[1][2]

İstinadlar

  1. Azərbaycan Respublikasının Qırmızı kitabı (Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri) II nəşr, Bakı-2013
  2. "Arxivlənmiş surət". 2021-01-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-26.
  3. Исаев Я. М. , 1952
  4. Конспект флоры Кавказа, 2006
  5. Talıbov T. H, İbrahimov Ə. Ş., 2008
  6. İbadlı O. V 2002

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.