Buzeyir mağarası (Lerik)

Büzeyir mağarasıLerik rayonu ərazisində Büzeyir inzibati ərazisində yerləşən mağara.

Buzeyir mağarası
Ümumi məlumatlar
Uzunluğu 17 m
Kəşf tarixi 1985
Dövrü Paleolit
Yerləşməsi
38°43′36″ şm. e. 48°23′46″ ş. u.
Ölkə  Azərbaycan
Rayon
Buzeyir mağarası xəritədə
Buzeyir mağarası
Buzeyir mağarası

İnzibati ərazisi

Buzeyir mağarası Lerik rayonu ərazisində, Talış dağlarının ən yüksək zirvəsində yerləşir. Düşərgə Zuvandçayın sol sahilində olub, dəniz səviyyəsindən 1640 metr yüksəklikdə, Zuvandçayın müasir yatağından 300-350 metr yüksəklikdə yerləşir. Buzeyir mağarasının yerləşdiyi müasir ərazi Talış dağlarının ən mənzərəli guşələrindən biri olub, ətrafları ağac örtüyü ilə əhatə olunmuşdur.[1]
Aparılan kəşfiyyat işləri nəticəsində Zuvandçay vadisində mağaralar və qaya sığınacaqları qeydə alındı. Lerik rayonu ərazisini İranla sərhəd boyunca Talış silsiləsi, bundan şimalda Peştəsər silsiləsi, sonra isə Buravar silsiləsi əhatə edir. TalışPeştəsər silsilələri arasında Zuvand çökəkliyi yerləşir. Ən yüksək zirvələri Kömürgöy (2492 m) və Qızyurdudur (2433 m).Əsasən üçüncü geoloji dövrdə formalaşmış Talış dağları bir növ Kiçik Qafqaz dağlarının davamıdır. Kiçik Qafqazdan fərqli olaraq Talış dağlarında vulkanik proseslər daha kəskin olmuş, ona görə də buradakı mağaralar vulkanik yolla əmələ gəlmişdir. Talış dağlarının yüksək zirvələri tamamilə çılpaqdır. Çökəkliklərdə isə əsasən seyrək meşəliklər, meşəli çəmənliklər və dağ meşələri vardır. Lerik-Zuvand zonasında mağaralar əsasən Zuvandçayın yatağından 75–100 metr yüksəklikdə yerləşir. Arxeoloji kəşfiyyat işləri zamanı Lerik-Zuvand yolunun 9-cu kilometrliyində bir neçə mağara aşkar edildi. Zuvandçay vadisində ən möhtəşəm dağ zirvələrindən biri Dəliklidaş zirvəsidir. Bu zirvədə içərisində torpaq çöküntüsü olan mağara var. Mağara Lerik-Buzeyir yolunun 9-cu kilometrliyində, Zuvand çayının sol sahilində, Buzeyir kəndindən 3 kilometr şərqdə yerləşir. Mağara kəndin yaxınlığında olduğu üçün ona Buzeyir mağarası deyilir.[2] Mağaranın uzunluğu 12 metr, eni 5-6 metr, hündürlüyü isə (torpaq çöküntüsündən) 2,5 metrə çatır. Mağaranın qabaq hissəsində bir neçə iri qaya daşlar var. Bunlar mağaranın tavanından düşmüşdür. Güman edilir ki, qədim zamanlarda mağara daha böyük olmuşdur.

Arxeoloji tədqiqatlar

Buzeyir düşərgəsinin daş məmulatı

Azərbaycanın orta Paleolit düşərgələrindən aparılan elmi tədqiqatlar burada yaşamış ulu sakinlərin həyat tərzi, alət hazırlama texnikası və ovçuluq təsərrüfatı haqqında geniş elmi məlumatlar verməklə bərabər, neandertal tipli insanların Mustye mədəniyyəti dövründə daha geniş ərazilərdə məskunlaşmasını göstərir.

Mağarada aparılan arxeoloji qazıntılar zamanı Paleolit dövrünə aid daş məmulatı və ovlanmış heyvan sümükləri tapılmışdır[3].Buzeyir mağarasında aparılan arxeoloji qazıntılar zamanı 63 ədəd daş məmulatı tapılmışdır. Daş məmulatı içərisində diskşəkilli nüvələr, levallua itiucluları, sadə bir işlək ağızlı qaşovlar, bir işlək ağızlı qabarıq qaşov, qəlpələr və lövhələr qeydə alınmışdır. Buzeyir mağarasından aşkar olunmuş daş məmulatının texniki-tipoloji tədqiqi onların Mustye mədəniyyəti - Aşelin son mərhələsində hazırlandıqlarını söyləməyə imkan verir.[1]

1953- 2003-ci illərdə Azərbaycan Respublikası ərazisində apanlan arxeoloji tədqiqatlar nəticəsində orta PaleolitMustye mədəniyyətinə aid Azıx (III təbəqə) Tağlar, Daşsalahlı, Damcıh, Qazma və Buzeyir düşərgələri qeydə alınıb tədqiq olunmuşdur.

Buzeyir paleolit düşərgəsinin stratiqrafiyası

Çox təbəqəli Buzeyir Paleolit düşərgəsində 1985,19902007-ci illərdə Paleolit arxeoloji ekspedisiyası Ə.Q.Cəfərovun rəhbərliyi altında arxeoloji qazıntılar zamanı 6 təbəqə qeydə alınmışdır.

Birinci təbəqə- qara çürüntülü heyvan peyinindən və qara torpaqdan olan təbəqədən ibarətdir.Orta əsrlərə aid gil qab qırıqları aşkar olunmuşdur. Təsvir olunan təbəqənin qalınlığı 5-7 sm-ə qədər olmuşdur.[1]

İkinci təbəqə-sarı gillicə torpaq təbəqəsindən ibarətdir. İkinci təbəqədə aparılan arxeoloji qazıntılar zamanı çoxlu gil qab qırıqları aşkar edilmişdir. Təsvir olunan ikinci təbəqənin qalınlığı 40-45 sm-ə bərabərdir.

Üçüncü təbəqə -boz rəngli sarı gillicə təbəqəsindən ibarətdir. Təbəqənin içərisindən ovlanmış heyvan sümüklərinin qalıqları tapılmışdır. Təsvir olunan təbəqənin qalınlığı 32-35 sm olmuşdur.[1]

Dördüncü təbəqə - açıq boz rəngli gillicə torpaq təbəqəsindən ibarətdir. Arxeoloji qazıntılar zamanı mağaranın tavanından düşmüş qaya qınqlan qeydə alınmışdır. Təbəqənin qalınlığı 25-30 sm-ə bərabər olmuşdur.

Beşinci təbəqə - tünd-sarı rəngli gillicə torpaq təbəqəsindən ibarətdir. Təbəqənin tərkibində tək-tək qaya qalıqları qeydə alınmışdır. Təsvir olunan təbəqənin qalınlığı 50-55 sm-ə bərabər olmuşdur. Arxeoloji qazıntılar zamanı təbəqədən daş məmulatı və fauna qalıqlan tapılmışdır.

Altıncı təbəqə - açıq-sarı rəngli qumlu təbəqədən ibarətdir. Altıncı təbəqənin tərkibində tək-tək mağaranın tavanından düşən qaya daşlarının qırıqları qeydə alınmışdır. Təsvir olunan təbəqənin qalınlığı 35-40 sm-ə bərabər olmuşdur. Arxeoloji qazıntılar zamanı hələlik Buzeyir düşərgəsinin döşəməsi aşkar edilməmişdir.Düşərgədə qazılmış çöküntünün ümumi qalınlığı 3 m-ə yaxındır.[4]

Həmçinin bax

Xarici keçidlər

Şəkillərin müəllifi

  • Əsədulla Cəfərov

İstinadlar

  1. Ə.Cəfərov Azərbaycan Arxeologiyası Daş dövrü I cild Bakı-2008 Şərq-qərb mətbəsi.s.99
  2. http://xalqqazeti.com/az/news/interview/17878 Arxivləşdirilib 2014-12-07 at the Wayback Machine. Zuvandçay paleolit düşərgəsi
  3. Джафаров А.К. Разведочные работы в Талышские горах./Археологические открытие 1985 г. Москва, 1987
  4. Əsədulla Cəfərov "Qarabağın Paleolit düşərgələri. Bakı- 2017. s.18-19

Mənbə

Azərbaycan tarixi (7 cilddə). I cild. Bakı: Elm, 1998. Azərbaycan arxeologiyası (daş dövrü). I cild, Bakı,2008, səh.100

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.