Buxtnassar Əli ibn Əhməd
Buxtnassar Əli ibn Əhməd – Şirvanşahlar dövlətinin on dördüncü hökmdarı, Şirvanşah Əbu Mənsur ibn Yezidin qardaşı oğlu.
Buxtnassar Əli ibn Əhməd | |
---|---|
Şirvanşahlar Dövlətinin XIV hökmdarı | |
1049 – 1050 | |
Əvvəlki | Qubad ibn Yezid |
Sonrakı | Salar ibn Yezid |
Şəxsi məlumatlar | |
Doğum yeri | Şamaxı |
Vəfat tarixi | |
Vəfat yeri | Beyləqan |
Atası | Əhməd ibn Yezid |
Fəaliyyəti
Şirvanşah Qubadın öldüyü ilk gündən hakimiyyətə onun qardaşı oğlu Buxtnəssar Əli ibn Əhməd ibn Yəzid ibn Əhməd ibn Məhəmməd ibn Yəzid keçdi. Təqribən bir ildən sonra o, hakimiyyətdən salındı və onun əmisi Salar ibn Yezid Şirvanşah elan olundu.[1] Şamaxı qalası təslim olunduqdan sonra Buxtnassar Şirvandan qaçdı, lakin Saların onun dalınca saldığı dəstə Beyləqan yaxınlığında onu yaxalayıb öldürdü.[2]
Ailəsi
- Atası Əhməd ibn Yezid. Şahzadə, Yəzid ibn Əhmədin oğlu.
- Əmisi Ənuşirəvan ibn Yəzid. Atasına qarşı üsyan qaldırdığı üçün həbs edildi, həbsdə öldü.
- Əmisi Mənuçöhr ibn Yəzid. Şirvanşah (1027-1034)
- Əmisi Əbu Mənsur Əli ibn Yəzid. Şirvanşah (1034-1043)
- Əmiləri Mənuçöhr və Əbu Mənsur Əlinin həyat yoldaşı Sitt bint Fəzl. Arran əmiri Fəzl bin Məhəmmədın qızı, Şəddadilər sülaləsindən.
- Əmisi Qubad ibn Yəzid. Şirvanşah (1043-1049)
- Əmiqızısı. Səlcuq əmiri Qaratəkinin həyat yoldaşı.
- Əmisi Salar ibn Yəzid
- Əmisi Məmlan ibn Yəzid
- Bibisi Şəmkuyyə. Haşimilər sülaləsindən Dərbənd əmiri II Əbdülmalikin (1034-1043) həyat yoldaşı.
SƏLƏF Qubad ibn Yezid |
Buxtnassar Əli ibn Əhməd Kəsranilər |
XƏLƏF Salar ibn Yezid |
Döyüş və hakimiyyət mübarizəsi xronologiyası
Tarix | Müharibə | Müttəfiqlər | Qarşı tərəf | Yer | Vəzifəsi | Nəticə |
---|---|---|---|---|---|---|
1050-ci il | Şamaxı qalasının itirilməsi | — | Salar ibn Yəzid | Yezidiyyə | Şirvanşah | məğlubiyyət |
1050-ci il | Salar ibn Yəzidin hücumu | — | Salar ibn Yəzid | Beyləqan | hakimiyyətdən salınmış Şirvanşah | qətli |
İstinadlar
- Sara Aşurbəyli – Şirvanşahlar dövləti, Bakı, 2007
- Mинopcкий. Иcтopия Шиpвaнa, c.56, ərəbmətni, §18, s.12-13
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.