Buxarayi-şərif

Buxarayi-şərif (tac. Бухорои Шариф; azərb. Şərəfli Buxara) — 11 mart 1912-ci ildən 2 yanvar 1913-cü il yanvarına qədər Buxaradan bir qədər aralıda yerləşən Yeni Buxara kəndində çıxmış tacikdilli qəzet. Qəzetin redaktorlarından biri azərbaycanlı yazıçı və jurnalist Mirzə Cəlal Yusifzadə olmuşdur.

Buxarayi-şərif
Yaranma tarixi 11 mart 1912
Dil Tacik dili
Nəşrini dayandırıb 2 yanvar 1913

Tarixi

"Buxarayi-şərif" 11 mart 1912-ci ildə Yeni Buxara kəndində yerli cədidçi fəallar tərəfindən təsis edilmişdir. Qəzetin baş redaktoru Rusiya İmperator Ordusunun generalı Mirheydər Qasımoviç Mirbədəlov idi.[1] Qəzetin redaktorlarından biri azərbaycanlı yazıçı və jurnalist Mirzə Cəlal Yusifzadə idi.[2] Qəzetin əsas sponsoru və naşiri Buxara yəhudisi K. L. Levin olmuşdur. Yarandığı ilk aylarda qəzet altı dəfə, sonralar isə həftədə üç dəfə bağlanana qədər nəşr olunmuşdur. 12 yanvar 1913-cü ildə qəzetin nəşri Rusiya hakimiyyəti tərəfindən qadağan ediılmişdir. Ümumilikdə qəzetin 153 nömrəsi işıq üzü görmüşdür.[3]

Qəzetdə yerli cədidçilərin, şair və yazıçıların şeirləri, hekayələri və məqalələri dərc olunurdu. Burada həm Mərkəzi Asiya ədəbiyyatının, həm də dünya ədəbiyyatının tanınmış əsərlərinin kitablarından parçalar çap edilmişdir. Qəzetdə ədəbiyyatla yanaşı, şəhər, iqtisadiyyat, sosial həyat, elm və islam xəbərləri də dərc olunurdu. Qəzetdə millət anlayışı özünəməxsus şəkildə başa düşüldüyündən Buxara əhalisinə münasibətdə "Buxara milləti" və ya "müsəlman milləti" ifadələrindən istifadə edilirdi.[3]

İrsi

Sovet İttifaqının dağılmasından və 1991-ci ildə müstəqil Tacikistan Respublikasının yaradılmasından sonra "Buxarayi-şərif" qəzetinin yaranma tarixi rəsmi olaraq Tacikistanda Mətbuat Günü elan edilmişdir.[4]

İstinadlar

  1. "Как связаны истории «Бухорои Шариф» и последнего эмира Бухары | Новости Таджикистана ASIA-Plus". 2018-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-09.
  2. "Издана первая таджикская газета «Священная Бухара»" (rus). eurasia.expert. 2022-03-11. 2022-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-04.
  3. "IISG | International Institute of Social History" (PDF). 2016-03-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-01-08.
  4. Savalan Farajov. "Bir maarifçinin ömür yolu və yaradıcılığı" (az.). Mədəniyyət. 2016-11-11. 2022-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-04.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.