Buryatlar
Buryatlar — əsasən Rusiya Federasiyasında (Buryatiya Muxtar Respublikası), qismən də Monqolustan və Çində yaşayan monqoldilli xalq.[6]
Altarqana Festivalında güləşən buryat güləşçilər | |||||||||||||||
Ümumi sayı | |||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
600 000 | |||||||||||||||
Yaşadığı ərazilər | |||||||||||||||
| |||||||||||||||
Dili | |||||||||||||||
Dini | |||||||||||||||
Qohum xalqlar | |||||||||||||||
Əhalisi
Rusiya Federasiyasında 461,4 min nəfər (2010), o cümlədən Buryatiyada 286,8 min nəfər, İrkutsk vilayətində 77,7 min nəfər (Ust-Orda muxtar mahalında – 54), Aqa Buryat muxtar mahalında 45 min nəfər), Saxa (Yakutiya) Respublikasında 7 min nəfər yaşayır. Həmçinin Şimali Monqolustanda (Xentey, Şərq, Selenqa, Xubsuqul aymakları) təqr. 80 min nəfər, Çində (Daxili Monqolustan Muxtar Rayonu, Xulun-Buyr aymakı) təqribən 41 min nəfər, azsaylı qrupları Qırğızıstanda (əsasən, Bişkekdə), Ukraynada (əsasən, Kiyevdə) və s. yerlərdə məskunlaşmışlar. Ümumi sayları təqribən 600–620 min nəfərdir. Altay dil ailəsinin monqol qrupuna aid buryat dilində danışırlar. Rus və monqol dilləri də yayılmışdır. Dindarları buddistlər və xristianlardır, bir çoxu ənənəvi kultlarını (şamanizm, tenqriçilik və s.) qoruyub saxlayır.[7]
Tarixi
Monqolların Baykalətrafına gəlmə tarixini müxtəlif tədqiqatçılar e.ə. 2-ci minillikdən (Q.N.Rumyantsev) eramızın 13-cü əsrinədək (S.A.Tokarev) müəyyən edirlər. Ehtimal ki, onlarla eramızın 1-ci minilliyindən Barquzin hövzəsində məskunlaşmış barqutları (çincə bayeqular, türkcə bayırqular) bağlamaq olar. Baykalətrafında yaşadıqları ilkin dövrdə monqolların türklərdən güclü siyasi və mədəni asılılıqda olmaları güman edilir.[7]
Sonradan regionda monqolların nüfuzunun yayılması kidanlar dövlətinin yüksəlişi və Qırğız xaqanlığının (10-cu əsrin əvvəlləri) zəifləməsi ilə əlaqələndirilir. Mənbələrdə eramızın 2-ci minilliyinin əvvəllərində Baykal ətrafında sonradan 13-cü əsrdə Çingiz xan tərəfindən darmadağın edilmiş xorilər (kuralaslar) qeyd olunur. 13-cü əsrdə "Monqolun niquça tobçiyan" adlı tarixi salnaməsində ilk dəfə Buryatların adı çəkilir, bu dövrdə onlar, ehtimal ki, oyratlara tabe idilər. Rus mənbələrində 17-ci əsrdən onlar "bratlar" adlanır. Anqara hövzəsində və Lenanın yuxarı axarında xon qodorların (xonqoodor), bulaqatların (bulqad), exiritlərin (exirid), Baykalar — xasında – xorilərin birlikləri qeyd olunur. Onları təşkil edən nəsillər 19-cu əsrin əvvəllərində etno-ərazi qruplarının tərkibinə qatıldılar: qərbi Buryatlara Aşağı Uda (Uda çayının orta axarı), Balaqan, yaxud Unqa (Unqa çayı hövzəsi və Oka çayının orta axarı), Alar (Belaya və Alar çayları), İda (İda və Osa çayları hövzəsi, Uda çayının yuxarı axarları), Yuxarı Lena (Lena, Kuda və Murinin yuxarı axarları), Kuda (Kuda, Murin, Kitoy, Qoloustnaya çayları), Olxon (Olxon a. və Baykalın qərb sahili), Kitoy (Kitoy çayı), Oka (Oka çayının yuxarı axarları), Tunkin (İrkut çayının yuxarı axarları), Zakamensk (Cida çayının yuxarı axarları), Kudara (Selenqa çayının mənsəbində Kudara düzü) Buryatları; şərqi (Baykalarxası) Buryatlar – Selenqa (Selenqa və Cidanın orta və aşağı axarları), Xorin (Selenqanın sağ sahili), Barquzin (Barquzin çayı), Aqa (Aqa çayı, İnqoda çayının orta axarı və Onon çayının aşağı axarı), Onon xamniqanları (Onon çayı) aid idi.[7]
Buryatların tərkibinə türk (o cümlədən yaxın keçmişədək – soyotlar) və tunqus qrupları daxil idi. Buryatlar uluslarda, yaxud xotonlarda; uluslar – şulenqlərin başçılığı ilə xolbonlarda, yaxud tabinlərdə; xolbonlar – zaysanların, yaxud qəbilə şulenqlərinin başçılıq etdiyi qəbilələrdə; qəbilələr – tayşaların başçılıq etdiyi "nəsildə" birləşirdilər; tayşa titulu 18-ci əsrin əvvəllərindən çarın fərmanı ilə verilirdi. Ümumi ulus və qəbilə yığıncaqları (suqlan) da mövcud olmuşdur. Ekzoqam qəbilələr özlərinin şəcərəsinə (ən qədim ləri 17-ci əsrə aiddir), ilk dövrlərdə ümumi ərazi və sitayiş yerlərinə malik idilər. Tədricən qəbilələr öz ərazi bütövlüklərini itirdilər və müxtəlif tərkibli inzibati-ərazi vahidləri "qəbilə" adlanmağa başladı. 1897-ci il siyahıya almasına görə Buryatların sayı 288 min nəfər, 1926-cı ildə – 237,5 min nəfər, 1939-cu ildə – 225 min nəfər olmuşdur.[7]
Kənd təsərrüfatı
Ənənəvi mədəniyyətləri Cənubi Sibir xalqları üçün səciyyəvidir. Buryatların əsas ənənəvi məşğuliyyəti – köçəri, qərbi Buryatlara yarımköçəri maldarlıqdır; köçərilik daha çox Aqa Buryatlarında saxlanılmışdır. "Mal- qaranın beş növünü" (taban xuşuun mal) yetişdirirlər: at, qoyun, inək, keçi, 19-cu əsrədək qərbi Buryatlar və 20-ci əsrin ortalarınadək şərqi Buryatlar – dəvə, Zakamensk və Oka B.-yak yetişdirirdilər. Qədimdən ot becərilməsi və biçimi ilə məşğul olmuşlar. Ovçuluq (18-ci əsrin ortalarınadək yalnız yay və ox vasitəsilə), Baykalda balıqçılıq və nerpa ovu da inkişaf etmişdi. 20-ci əsrin əvvəllərinədək ayin rəhbərinin (qalşa) başçılığı altında 1000 nəfərədək iştirakçı ilə atla sürək ovu (aba) adəti saxlanılmışdı.[7]
Ovda atları olan bütün kişilər (10–13 yaşından) iştirak edirdilər. Ovçuluq idman yarışları ilə müşayiət olunurdu. Xış əkinçiliyi qərbi Buryatlarda qədim dövrlərdən, şərqi Buryatlar a 17-ci əsrin sonlarından məlumdur. Dəmirçilik (hər bir məskəndə də mir çixana var idi; dəmirçilər şamanlara bərabər tutulurdular), tunctökmə, zərgərlik (döymə, eşmə, qızıl suyuna salma, savadlama, minalama və s.), ağac üzərində oyma və naxışlama, at qılından xalçaların toxunması (taar), xəz mozaikası, qurama, dəri üzərində naxışbasma, naxışlı corabların toxunması inkişaf etmişdir. Ənənəvi evləri – keçə alaçıqdır, qərbi Buryatlarda 19-cu əsrin 2-ci yarısında mərkəzdəki 4 sütun üzərində çadırşəkilli dam örtüyü və bacası (urxe) olan kərtmə dörd-, altı- və səkkizbucaqlı alaçıqlarla (ger) əvəz olunmuşdur; rus komaları da yayılmışdır. Kişi geyimləri üçün Cənubi Sibir (qərbi B.), yaxud Şərqi Asiya (şərqi B.) tipli tunikayabənzər xalat-degel səciyyəvidir.Qadınlar koketkalı paltar (qərbi B.), yaxud qolsuz köynəklə (qadınlara "kürəklərini açıq qoymaq" qadağan idi) xalat- degel (şərqi B.; qızlarda və yaşlı qadınlarda – kişi biçimli, nişanlı qızlarda və ərli qadınlarda – kəsik ətəkli və büzmə qollu) geyinirdilər.[7]
Qızlar bir hörük, qadınlar zəngin hörük qınları ilə bəzədilmiş iki hörük hörürdülər, yaşlı qadınlar saçlarını qırxırdılar. Həddi-büluğa çatmış gənclərin təpə hissədə hörük saxlanıl maqla saçlarını qırxırdılar. Kişilər və qadınlar gümüş, mərcan, firuzə və kəhrəbadan bəzək əşyaları ta xır dılar. Ənənəvi yeməkləri ətdən (diri heyvanların qanından istifadə olunması məlumdur) və süddən hazırlanır. Arpa və çovdar unundan əriştə, ocağın közündə şirin kökələr bişirirlər. İçkiləri – süd, yağ, piy, duz və s. ilə çay, turşudulmuş inək (kurun qaxurenge) və madyan südü, süddən hazırlanan araq (arxi, tarasun).[7]
Dini etiqad
Ənənəvi dinin əsasını şamanizm təşkil edir. İl ərzində ailə, ulus və qəbilə bayramları (taylaqanlar) təşkil edilirdi. Böyük taylaqan yayın əvvəlində keçirilirdi. Yeni il (Saqan sara) qərbi Buryatlarda payızda, şərqi Buryatlara buddist təqviminə görə yanvar–fevral aylarında keçirilir, yayda Obo taxıl bayramı qeyd edilirdi. 20-ci əsrin sonlarından şamanizm yenidən canlanmışdır (neoşamanizm). Buryatiya Şamanları Assosiasiyası Xese xengereq (1993; 1997-ci ildən buryat xalq dini Bomurgel ruhanisi mərkəzi) yaradılmışdır.[7]
Şifahi yaradıcılıq
Mahnılar, nağıllar, rəvayətlər, atalar sözləri, tapmacalar geniş yayılmışdır. Qəhrəmanlıq dastanları arasında "Geser" mühüm yer tutur. Musiqi yaradıcılığında şərqi və qərbi buryat ənənələri fərqlənir. Bəzi janrlarda polifoniya elementlərinə rast gəlinir. Buryat mədəniyyətində uligerlərin ("Abay Geser", "Erensey", "Lodoy Mergen" və s. dastanlar) statusu yüksəkdir; qərbi Buryatlar onları əvvəldən axıradək avazla oxuyurlar, şərqi Buryatın ifası mənzum və ya mənsur hissələrlə növbələşir, bəzən isə ikisimli kamanlı alət (xur) və ya sitra (yatağan) ilə müşayiət edilir. Həmçinin yan (limba) və şaquli (sur) fleytalar, bir sıra alınma alətlər yayılmışdır. Çoxlu lirik və mərasim janrlarını əhatə edən (sevgi, məişət, toy və s.) mahnılar (dun) və mahnı-rəqslər (qərbi Buryatlara xas dairəvi yooxor, hazırda hər yerdə yayılmışdır; şərqi Buryatlara xas neryeelqe) Buryatların mədəniyyətinin ən çox qorunub saxlanmış hissəsidir.[7]
İstinadlar
- Портал "Всероссийская перепись населения 2010 года" - Окончательные итоги Всероссийской переписи населения 2010 года :Национальный состав населения Российской Федерации Arxivləşdirilib 2013-12-04 at the Wayback Machine
- Монгол Улсын хүн ам, орон сууцны 2010 оны тооллого: Хүн ам, орон сууцны 2010 оны толлого тооллогын үр дүн Arxivləşdirilib 2013-10-25 at the Wayback Machine
- Михайлов Т.М. Буряты // Народы и религии мира. Энциклопедия. Главный редактор В.А. Тишков. Научное издательство «Большая Российская энциклопедия», 1998.
- Population statistics of Eastern Europe: Ethnic composition of Ukraine 2001 Arxivləşdirilib 2012-05-26 at Archive.today
- Агентство Республики Казахстан по статистике: Национальный состав, вероисповедание и владения языками в Республике Казахстан. Итоги национальной переписи населения 2009 г. Arxivləşdirilib 2011-05-11 at the Wayback Machine
- Buryat (people) Arxivləşdirilib 2015-04-29 at the Wayback Machine — Britannica Online Encyclopedia
- Buryatlar// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 117–118.