Buruq

BuruqAzərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Ərazisi 5 km² (504 ha), əhalisi 368 nəfər (2016). Etnik tərkibi: 85 % azərbaycanlı və qarışıq, 15 % talış. Adının mənası qədim talış dilində "isti yer", "güney" deməkdir. Kənddə Alihəmdəm, Qulamlı, Məcidli, Dadi, Bağırlı, Ağayarlı-Ruhullahlı və Cəfərli tayfaları yaşayır. Ağayarlı tayfasının qədim İran-Parfiya sülaləsi Mehranilərdən gəldiyi güman olunur. Kənddə tayfa münasibətləri daim gərgin olmuşdur

Buruq
38°54′19″ şm. e. 48°25′11″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Lerik rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 370 nəf.
Buruq xəritədə
Buruq
Buruq

Tarixi

Buruq kəndi XVIII əsrdən mövcud olsa da, onun ərazisində Paleolit və Tunc dövrü məskənləri aşkar edilmişdir. Belə ki, Gilgil, Xortaxaran, Haləsər, Kalannığıl, Sığəsər, Bicar və Loçığ kimi qədim yaşayış məskənlərinin tarixi min illərlə ölçülür. Kənd ərazisindəki toponimlərin əksəriyyəti talış dilindədir.[mənbə göstərin]

Coğrafiyası

Talışın orta dağlıq hissəsində yerləşən Buruq kəndi əsasən Neogen çöküntülərindən ibarət yamaclarda yerləşir. Ən hündür nöqtəsi Qızqotəpə 957 m-dir. Ərazisinin 15 %-i qiymətli Hirkan meşələri ilə örtülüdür. İqlimi mülayim-isti, rütubətlidir (600–800 mm). Çay şəbəkəsi sıxdır. Viləşin ən böyük qolu Şərətük burdan axır. Burada kiçik və gözəl dağ göllərinə rast gəlinir. Meşələrdə canavar, yenot, çaqqal, donuz, oxlu kirpi, dovşan və s, yaşayır.[mənbə göstərin]

Təsərrüfat

Qədimdən əkinçi-maldar olan Buruq əhalisi hazırda yalnız maldarlıq və qismən arıçılıqla məşğuldur. Maldarlıq əsas gəlir mənbəyidir. Sovet hakimiyyəti bitincə geniş ərazilərin üzüm plantasiyaları məhv edilmiş, təsərrüfat sıradan çıxmışdır.1999-cu ilin torpaq islahatı yarımçıq aparılmışdır.[mənbə göstərin]

Əhalisi

Tanınmışları

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.