Burunqovaq

BurunqovaqAzərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Samux rayonunun Burunqovaq kəndi Poylu kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Burunqovaq kənd Soveti yaradılmışdır.[1]

Burunqovaq
41°05′39″ şm. e. 46°26′25″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 92 m
Saat qurşağı
Burunqovaq xəritədə
Burunqovaq
Burunqovaq

Toponimikası

XIX əsrin sonunda iri mülkədar nəsli olan şahmalıyevlərin tabeliyindən çıxan Samux əhalisinin bir hissəsi Qabırrıçayın aşağı axarında, çayın burulduğu yerdəki Burunqovaq adlı yerdə məskən salmışdı. Qovaqlıq indi də qalır. Kənd həmin yerin adı ilə adlandırılmışdır. Burun komponenti toponimiyada "çıxıntı" mənasında işlənir. 1917-ci ildə oykonim Burun Qonçaq variantında qeydə alınmışdır. Ukraynada Burın, Qazaxıstanda Burunday, Şimali Osetiyada Buron adlı yaşayış məntəqələri də mövcuddur.[2]

Coğrafiyası və iqlimi

Kənd Qabırrıçayın sahilində, ovalıqda yerləşir.

Əhalisi

Əhalisinin sayı 714 nəfərdir[3].

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.