Burundi bayrağı
Burundi bayrağı — Burundinin Dövlət bayrağı
Burundi bayrağı | |
---|---|
Təfərrüatlar | |
İstifadəsi | Milli bayraq |
Proporsiya | 3:5 |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Burundi bayrağı ilk dəfə 28 iyul 1967-ci ildə qəbul edilmiş, illər içərisində görünüşündə bir neçə dəfə dəyişikliklər gerçəkləşdirilmiş, son olaraq 27 sentyabr 1982-ci ildə edilən en və uzun nisbətidəki dəyişiklik ilə dövrümüzdəki halını alaraq istifadə edilməyə başlanmışdır.
Bayraqda hər bir uc küncünə dəyəcək şəkildə ağ zolaqlar yerləşdirilərək x forması əmələ gətirilmişdir. Bu zolaqların nəticəsində yaranan üçbucaqlardan üst və alt bölümdə olan üçbucaqlar qırmızı, bayraq dirəyinə asılan tərəf ilə dalğalanan tərəfdə olan üçbucaqlar isə yaşıl rənglidir. Bayrağın tam ortasında, zolaqların və üçbucaqların üzərində ağ bir çevrə olub, içərisində biri yuxarıda, ikisi isə aşağıda olan üç ədəd yaşıl kənarlı qırmızı rəngli altı guşəli ulduz vardır. Bayraqda olan qırmızı rəng müstəqillik mübarizəsində həyatını itirənləri tərənnüm edərkən, yaşıl rəng inkişafı və ümidi, ağ rəng isə sülhü təmsil edir. Bayraqdakı üç ədəd altı guşəli ulduzlar isə ölkənin milli şüarı olan "Birlik, Əmək, İnkişaf" sözləri ilə yanaşı ölkədə yaşayan üç etnik grupu olan Hutu, Tutsi və Tvaları təmsil edir.