Burun
Burun — əsasən tənəffüs və iybilmə üçün istifadə olunan, insan və ya heyvan üzünün bir hissəsi.
Quruluşu
Burun iki hissədən ibarətdir: xarici burun və daxili burun. Daxili burun burun boşluğu da adlanır. Xarici burun üzün ortasında yerləşərək qığırdaq və sümük toxumalarından təşkil olunub. Burun boşluğu çoxqatlı yastı epitellə örtülüdür. Burada çoxlu miqdarda selikli vəzilər yerləşir. Burun boşluğunda qoxu və tənəffüs nahiyələri ayrılır. Tənəffüs nahiyəsində havanı isitmək üçün mağaralı venoz kələf, selik vəziləri və kirpikli epitel yerləşir.[1]
Burun divarının içində yerləşən burun tükcükləri yad cisimləri (toz, qum) tutub saxlayır. Burnun iç hissəsi tüklü və nəmli olduğundan kənar mühitdən alınan hava təmizlənir və nəmləndirilir. Nazik damarlar sayəsində hava isidilir.
Burunda çoxsaylı reseptorlar vardır. İnsan həyəcanlananda, yaxud narahat olduqda bu reseptorlar qıcıqlanır və burun qaşınır.
Uşaq burnu
Yeni doğulmuşlarda burun zəif inkişaf edir, yastı və qısa olur. Böyüdükcə burun qığırdaqları inkişaf edir, burun formalaşmağa başlayır, burun arxası uzanır və dəlikləri üfüqi vəziyyətə çatır. Burun boşluğu körpələrdə zəif və ensiz olur.[1]
Quş burnu
Quşlarda burun deşikləri dimdikdə yerləşir.
İstinadlar
- V.B. Şadlinski. M.Q.Allahverdiyev. A.B. İsayev. İnsanın anatomiyası. Bakı. Təknur nəşriyyatı 2009. 464 səh. 236-cı səhifə.