Burqundlar

Burqundlar(lat. Burgundii, fr. Burgondes) — German əsilli bir tayfa.

Adrianın başçılığı altında Roma imperiyası

Tarixi

Tarixdən məlumdur ki, Fransanın formalaşmasında keltlər (qallar, e.ə. 1-ci minilliyin ortaları), romalılar (e.ə. 3-1 əsrlər), sonralar vestqotlar, burqundlar, franklar və b. iştirak etmişdir. VI əsrdə Qalliyada vestqotlar və burqundlar öz krallıqlarını, franklar isə Frank dövlətini yaratdılar.

Burqundlar isə Frank krallığına birləşdirilənədək Arian məzhəbinə etiqadları olub.

Burqundların ilk ana yurdu haqqında müxtəlif versiyalar var:

İlk dəfə təqr. eramızın 70-ci ilində Böyük Plini tərəfindən vandalların arasında qeyd olunmuşlar. Eramızın 1–2-ci əsrlərində Aşağı Visla və Orta Oder arasındakı ərazidə məskunlaşmışdılar. Gepidlərin təzyiqi ilə cənub qərbə hərəkət edərək 4-cü əsrin ortalarında Mayn çayının Reynə töküldüyü rayona gəlib çatmışdılar. 3–4-cü əsrlərdə digər german tayfaları ilə birlikdə Romanın Aşağı Almaniya əyalətinə soxularaq alemanlarla mübarizə aparmış, onları qərbə doğru sıxışdırmışdılar.[1]

406-cı ildə Burqundlar kral Qundaxarın başçılığı ilə Reyn çayını keçərək Maynsı tutmuş və mərkəzi Vorms ş. olmaqla krallıq yaratmışdılar. 413-cü ildə Qərbi Roma imperiyası Burqundları federatlar kimi tanıdı, onların məskunlaşması üçün Vorms rayonunda Qalliyanın sərhədyanı vilayətlərini ayırdı. Bu dövrdə Burqundlar xristianlığı qəbul etdilər. 430-cu illərin əvvəllərində belqlərin torpaqlarını tutmağa cəhd göstərdilər. 435 və 436-cı illərdə Roma sərkərdəsi Aetsinin komandanlığı ilə romalılar və hunların birləşmiş qüvvələri tərəfindən darmadağın edildilər.[1]

443-cü ildə Burqundların qalıqları Aetsi tərəfindən federatlarstatusu ilə Sabaudiyada (Savoyya) məskunlaşdırıldı. Burqundların bir hissəsi Reynin sağ sahilində yaşamaqda davam edirdi. 451-ciil də Burqundlar Attilanın Qalliyaya səfərində iştirak etdilər. 457-ci ildə imperiyanın zəifləməsindən istifadə edərək Rona çayının hövzəsini tutan Burqundlar burada öz krallıqlarını (bax Burqundiya) yaratdılar. Burqundiya cəmiyyətinin həyatını və onun qall-Roma əhalisi ilə qarşılıqlı münasibətlərini nizama salan hüquq normaları Burqundiya qanunnaməsində (Lex Burgundionum; 5-ci əsrin 2-ci yarısı – 6-ci əsrin əvvəlləri; bax Bar bar qanunnamələri) əksini tapdı. 534-cü il də Burqundlar franklara tabe oldular.[1]

İstinadlar

  1. Burqundlar// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 97.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.