Burnonit
Burnonit (fransız mineraloqu J.L.Burnonun soyadından) — mürəkkəb sulfidlər qrupundan mineral, PbCuSbS3..[2]
Burnonit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) |
CuPbSbS₃ |
Strunz təsnifatı | II/E.16[1] |
Xüsusiyyətləri | |
Kristalloqrafik sinqoniya | rombik[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Təsviri
Romb sinqoniyasında kristallaşır. Qısa prizmatik və ya sütunvarı kristallar əmələ gətirir. Adətən, dənəvər aqreqatlar yaradır. Təkərvarı, yaxud xaçşəkilli ikiləşmələr səciyyəvidir. Rəngi poladı-bozdan dəmiri-qarayadək dəyişir. Metal parıltılıdır. Sərtliyi 2,5–3, sıxlığı təqr. 5840 kq/m3. Kövrəkdir. Dielektrikdir. Hidrotermal yataqlarda qalenit, pirit, xalkopirit, sfalerit, falers filizləri, bulanjerit və külçə qızılla assosiasiyada olur. Yüksək konsentrasiyalarda qurğuşun, mis, sürmə filizidir; digər filiz mineralları ilə birlikdə çıxarılır. Rusiya Federasiyasında, Ukraynada, Çexiyada, Almaniyada, həmçinin ABŞ-də, Avstraliyada və Cənubi Amerikanın bir sıra ölkəsində yataqları var.[2]
İstinadlar
- Ralph J., Nikischer T., Mineralogy H. I. o. Mindat.org (ing.): The Mineral and Locality Database. [Keswick, VA], Coulsdon, Surrey: 2000.
- Burnoit// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 98.