Burk-an-Bres

Burk-an-Bres (fr. Burk-an-Bres) — Fransanın şərqində şəhər. En departamentinin inzibati mərkəzi.[1]

Şəhər
Burk-an-Bres
fr. Burk-an-Bres
Bayraq Gerb
Bayraq Gerb
46°12′17″ şm. e. 5°13′41″ ş. u.
Ölkə  Fransa
Tabesində Overn-Rona-Alp
Başçı Jean-François Debat
Tarixi və coğrafiyası
Əsası qoyulub XIII əsr
Sahəsi 23.86 km²
Mərkəzin hündürlüyü 220–273 m
Saat qurşağı UTCCET (UTC+1)
Əhalisi
Əhalisi 40,967 nəfər (2014)
Sıxlığı 1,700/km2 nəf./km²
Rəsmi dili fransız dili|fransız
Rəqəmsal identifikatorlar
Poçt indeksi 01053 /01000
Digər
Şəhər şurasının rəsmi internet rəsmi_saytıı
Burk-an-Bres xəritədə
Burk-an-Bres
Burk-an-Bres
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əhalisi

Əhalisi 40,1 min (2010).[1]

Coğrafiyası

Yura dağlarının ətəyində, Ressuz çayı sahilində yerləşir. Avtomobil və dəmiyolları qovşağı.

Tarixi

Roma yaşayış məskəninin yerində meydana gəlmişdir. Təqribən 1250-ci ildə şəhər statusunu almışdır. 12-ci əsrdən Savoyya hersoqluğunun tərkibində olmuş, 1601-ci ildə Fransanın tərkibinə qatılmışdır.[1]

Memarlığı

Bru monastrının daxili interyeri

Bru monastırı (1506–12; Cənubi Niderland, İtaliya, BurqundiyaFransa ustaları; 3 kluatrdan biri 15-ci əsr), onun nəzdində son qotika üslubunda kilsə (1513–32; memar L. van Bohem; J. Perrealın layihəsinə əsasən; zəngin heykəltaraşlıq dekoru olan qala fasadı; Lion emalatxanalarında hazırlanmış A. Dürer və Tisianın əsərlərinin motivləri üzrə xorun polixrom vitrajları, 1525–31); Notr-Dam kilsəsi (15051654), karkaslı evlər (15 əsrin sonu – 16-cı əsr), Savoyya hersoqlarının qəsri (16-cı əsr), Burmayer məhəlləsinin imarətləri (18-ci əsr), Ratuşa (1771), teatr (1787) var. En dep-ti muzeyi (monastır binasında; orta əsrlərin və xalq sənəti kolleksiyası, 16–17-ci əsrlər flamandholland rəngkarlıgı) fəaliyyət göstərir. Elektrotexnika sənayesi, dəzgahqayırma; keramika məmulatı, ayaqqabı istehsalı var.[1]

İstinadlar

  1. Burk-an-Bres// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V  cild. — Səhifələrin sayı:  592. — Səh.: 87-88. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.