Burc Hammud

Burc Hammud (ərəb. برج حموﺪ, erm. Պուրճ Համուտ) - Livanın paytaxtı Beyrut şəhərinin inzibati vahidlərindən biri. Burc Hammud Livan ermənilərinin Livanda ən çox yaşadığı yer hesab olunur. Ermənilərin Burc Hammuda kütləvi şəkildə yerləşməsi, 1915-ci il hadisələrindən sonra baş vermişdir. Həmin dövrdə Burc Hammuda minlərlə erməni ailələri köçmüşdür. Qısa zamanda səmtdə Erməni Qriqoryan Kilsəsi açılmışdır. Livan vətəndaş müharibəsi zamanı, müharibədə aktiv iştirak etmiş Daşnaksütun partiyası və digər erməni terrorçuları, Burc Hammuddan qərargah kimi istifadə etmişdilər. 2011-ci ilə olan məlumata əsasən səmtdə 150.000 insan yaşayır. Burc Hammudda ermənilərə məxsus bir neçə orta məktəb və kilsələr fəaliyyət göstərir. 1927-ci ildən nəşr olunan gündəlik Aztaq qəzeti, Livanda erməni dilində nəşr olunan ən önəmli qəzetdir. Bir neçə il bundan əvvəl "Vanın Səsi" adlı erməni radiosu fəaliyyətə başlamışdır.

Burc Hammud
33°53′37″ şm. e. 35°32′25″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1952
Sahəsi
  • 2,5 km²
Əhalisi
Əhalisi
  • 150 nəf.
Rəsmi dili
Digər
bourjhammoud.gov.lb
Burc Hammud xəritədə
Burc Hammud
Burc Hammud
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.