Buq çayı

Buq, Qərbi Buq (pol. Bug ukr. Західний Буг, Zakhidnyy Buh, belar. Захо́дні Буг, Zakhodni Buh; rus. Западный Буг, Zapadnyy Bug), tarixi Azərbaycandilli mənbələrdə Ağsu çayı[1] - Polşa, UkraynaBelarus ərazilərində çay (xeyli hissəsi sərhəd xətti boyu uzanır). Visla çayının sağ qolu. Uz. 831 km, hövzəsinin sah. 73,5 min km2 . Podol yüksəkliyindən başlanır. Əsasən, Mazovets-Podlyas ovalığı ilə axır. Qaryağış suları ilə qidalanır.Yazda gursuludur, tez-tez daşqınlar olur.Ortaillik su sərfi mənsəbində 332 m³/san-dir. Dekabrın axırından martın ikinci yarısınadək buzla örtülü olur. Əsas qol ları:Muxavets, Narev. Dnepr-Buq kanalı və digər çaylar Buqu Dnepr çayı, Avqust kanalı isə Neman çay sistemləri ilə birləşdirir. Ağac axıdılır. Mənsəbindən 315 km məsafədə gəmiçiliyə yararlıdır. Çervonoqrad (Ukrayna) və Brest (Belarus) şəhərləri Buqun sahilindədir.[2]

Buq
ukr. Західний Буг, belar. Захо́дні Буг, pol. Bug
Ölkə  Polşa
Uzunluğu 831 km
Su sərfi 110 m³/s
Hövzəsinin sahəsi 73,5 min
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İstinadlar

  1. DIZIONARIO ITALIANO E TURCO, Milano, 1834 (s.728) Bog,f di Polonia, ah su.
  2. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 5-ci cild: Brüssel  Çimli-podzol torpaqlar (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2014. səh. 40. ISBN 978-9952-441-10-9.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.