Bumeranq

Bumeranq (ing. Boomerang)[1] — adətən qəbilələr, xüsusilə Avstraliya yerliləri (aborigen), ayrıca qədim misirlilər və avropalılar, Hindistanın bəzi bölgələrindəki qəbilələr tərəfindən, ovçuluq məqsədləri üçün silah kimi istifadə edilən V formalı uçan vasitə..

AvstraliyaABŞ-də idman vasitəsi olaraq istifadə edilir.

Müxtəlif ölkələrdə bumeranq

Bumeranq yalnız Avstraliya aborigenlərinə xas deyil. Buna bənzər silahlar, son zamanlara qədər, cənub və şimal-qərb Hindistan yerliləri və ABŞ-nin cənub-qərbində yaşayan Hopi hinduları tərəfindən də istifadə edilirdi. Tarixin əvvəllərində avropalıları və Qədim Misirlilər də bumeranq istifadə edirdilər. Misirın daha sonrakı dövrlərində (E.ə. 1500) Nil bataqlıqlarında bumeranqlarla quş ovlamaq Misir əsilzadələri tərəfindən sevilən idman növü olmuşdur. Buna görə bumeranq atmanın, insanın ən qədim idmanı növü olduğu da düşünülür. Bumeranq indiki vaxtda Avstraliya, ABŞ və bəzi ölkələrdə idman vasitəsi kimi istifadə edilməkdədir.

Quruluşu

Bumeranq qıvrım şəkilli qalın çubuğa bənzəyir. Ən çox bilinəni, yüngül taxta, plastik və ya bənzər başqa bir materiallardan xüsusi olaraq hazırlanmış olan geri dönən bir oyuncaq və ya silah kimi istifadə edilmişdir. Bunlar ənənəvi olaraq bir-birinə birləşdirilmiş iki qanaddan meydana gələn və banana bənzər bir şəklə sahib bumeranqlardır, ancaq indiki vaxtda üç ya da daha çox qanadlı, dəyişik şəkildə bumeranqlar da tapmaq mümkündür. Doğru atıldığında bumeranq havada dairəvi bir yol izləyərək atana geri dönmək qabiliyyətinə malikdir. Ümumiyyətlə, bumeranqlar iki yerə bölünür:qayıdan və qayıtmayan bumeranqlar. Geri qayıtmayan bumeranqlardan, adətən, döyüşdə və iri heyvan ovunda istifadə edirlər, geri qayıdan "ağıllı" bumeranqlar isə daha çox quş ovu, oyunlar və dini ayinlər üçün idi.

İstinadlar

  1. Boomerang Arxivləşdirilib 2009-04-29 at the Wayback Machine Encyclopædia Britannica Online. Retrieved 2009–01–25.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.