Bulqan yaşayış yeri
Bulqan yaşayış yeri — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində eyniadlı kəndin yaхınlığında Orta ərslərə aid yaşayış yeri.
Tariхi
Yaşayış yerində tikinti qalıqlarının bir qismi saxlanmışdır. Onlar dördkünc formalı binalardan ibarət olub, aşağıda daş çaylarından, üst hissədə isə çiy kərpicdən hörülmüşdür. Bəzi binaların divarları möhrədən olub, daş qarışıq torpaqla inşa edilmişdir. Yerüstü materiallar çəhrayı rəngdə bişirilmiş sadə və şirli qab qırıqlarından ibarətdir. Onlar dövrcə müxtəlifdir. Tədqiqat göstərir ki, Bulqan yaşayış yerində XII-XVIII əsrlərdə yaşayış olmuşdur.[1]
İstinadlar
- Vəli Baxşəliyev. Naxçıvanın arxeoloji abidələri. Bakı: Elm, 2008, səh. 98
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.