Bulon-sür-Mer
Bulon-sür-Mer (fr. Boulogne-sur-Mer) — Fransanın şimalında şəhər.[4]
Bulon-sür-Mer | |||||
---|---|---|---|---|---|
Boulogne-sur-Mer | |||||
|
|||||
50°43′32″ şm. e. 1°36′50″ ş. u. | |||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Sahəsi |
|
||||
Mərkəzin hündürlüyü | 110 m | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
Poçt indeksi | 62200[3] | ||||
Digər | |||||
ville-boulogne-sur-mer.fr | |||||
| |||||
Vikianbarda əlaqəli mediafayllar |
Əhalisi
Əhalisi 43,3 min (2010) nəfərdir.
Coğrafiyası
Pa-de-Kale boğazı sahilində, Lyan çayının mənsəbindədir. Sürətli dəmiryolları vasitəsilə Parislə əlaqəsi var. Fransanın ikinci (Kaledən sonra) sərnişin dəniz portu (ildə təqribən 3 mln. nəfər; Böyük Britaniyanın Duvr və Folkston portlarına müntəzəm reyslər işləyir).[4]
Tarixi
Bononiya (Bononia) və Gezoriak (Gesoriacum) kelt məskənlərinin yerində, təqribən e.ə. 1-ci əsrdə meydana gəlmişdir; Qalliyanın şimalında və Britaniyada Roma ağalığının qorunub saxlanılmasında mühüm rolu olmuşdur. Eramızın 5-ci əsrində sakslar tərəfindən işğal edilmişdir. Yeni yüksəliş dövrü 10-cu əsrin əvvəllərindən başlamışdır; Bulon (Bulonne) qraflığının mərkəzi olmuşdur. 1419-cu ildən Burqundiya hersoqlarının mülklərinin tərkibində, 1477-ci ildən isə Fransa kralının hakimiyyəti altında idi.[4]
Memarlığı
Memarlıq abidələri: qəsr (13-cü əsr; içərisində 1825-ci ildən rəssamlıq muzeyi fəaliyyət göstərir), meriya binasının yanında gözətçi qülləsi (13-cü əsr; Qədim Roma qalasının yerində tikilmişdir), Müqəddəs Nikolay kilsəsi (1208, fasad və nef 18-ci əsrin 2-ci yarısına aiddir, memar J. Sanye) və Notr-Dam baş kilsəsi (1827–66, bünövrəsi 7-ci əsrdə qoyulmuşdur, orta əsrlərə aid kripta var), Müqəddəs Qan kapellası (1859–60), Ədliyyə sarayı (1852), yaşayış binaları (hotellər: Kruassan, 16-cı əsr; Desandruen, 1777).[4]
Sənayesi
Ölkənin əsas balıqçılıq portlarından (ildə 800 min t-dan çox balıq) biridir. Balıq və dəniz məhsullarının emalı; balıq və balıq məhsulları ticarəti. Gəmiqayırma; ferromanqan ərintiləri; telefon və ofis avadanlığı; sement istehsalı inkişaf etmişdir.[4]
Qalereya
- Şəhər mərkəzində Pedestrian küçəsi
- Sahil boyu gəzinti
- Bulon-Tintelleris
- Böyük Ordu Sütunu
- YUNESKO Ümumdünya İrsi hesab olunan Belfray
- Şəhər üzərindən görünən Basilika qalaları
- Bulon qala muzeyi
İstinadlar
- répertoire géographique des communes. Institut national de l'information géographique et forestière.
- Populations légales 2021. Fransa Statistika və İqtisadi Araşdırmalar üzrə Milli İnstitutu, 2023.
- Base officielle des codes postaux. La Poste, 2018.
- Bulon-sür-Mer// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 72. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.
Xarici keçidlər
- Rəsmi internet saytı: Bulon-sür-Merdə və Bulon ərazisi turizm potensialı Arxivləşdirilib 2009-01-22 at the Wayback Machine
- Bulon-sür-Merdə şəhər konsulluğu
- Bulon-sür-Mer şəhərinə səyahət
- ULCO universitet kitabxanasıBulon 2005 Esperanto
- Bulon-sür-Mer Universiteti Arxivləşdirilib 2017-05-23 at the Wayback Machine