Buldoqkimilər
Buldoqkimilər (lat. Molossidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinə aid heyvan fəsiləsi.
Buldoqkimilər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Tipüstü: Tip: Klad: Olfactores Yarımtip: İnfratip: Klad: Eugnathostomata Klad: Teleostomi Klad: Euteleostomi Klad: Klad: Rhipidistia Klad: Tetrapodomorpha Klad: Eotetrapodiformes Klad: Elpistostegalia Klad: Stegocephalia Sinifüstü: Klad: Reptiliomorpha Klad: Amniota Sinif: Klad: Theriimorpha Klad: Theriiformes Klad: Trechnotheria Klad: Cladotheria Klad: Prototribosphenida Klad: Zatheria Klad: Tribosphenida Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Boreoeutheria Dəstəüstü: Klad: Scrotifera Dəstə: Yarımdəstə: Yangochiroptera Fəsiləüstü: Vespertilionoidea Fəsilə: Buldoqkimilər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Ümumi təsviri
Fəsilənin nümayəndələri əsasən kiçik, nadir hallarda isə iri yarasalardır. Başı enli və yastıdır. Üst dodağı sallaq ətli büküşün içərisinə yığılmış, üzəri sərt qıllarla örtülmüşdür. Qulaqları önə uzanmış və başın üst səthi səviyyəsində yerləşmişdir. Qulaqları enli və qalındır. Çox vaxt iç kənarları ilə başın üzərində bitişir.
Qanadları ensiz və itidir. Yoğun əzələli quyruğu, az qala yarıya qədər omaarası pərdədən kənara çıxır. Traqusu qısa və enlidir. Boynunun ətrafında iri dəri qırışlar vardır.
Yayılması
Yer kürəsinin tropik və subtropik vilayətlərində yayılmışdır. Şərq yarımkürəsində Aralıqdənizi ölkələrində, Asiya, Afrika və Avstraliyanın tropik və subtropik qurşaqlarında rast gəlinir. Qərb yarımkürəsində cənubi Argentina, Çilidən ABŞ mərkəzi ştatlarına və Qəraib dənizi hövzəsinin adalarına qədər yayılıb. Fəsilənin 85 – yə yaxın müxtəlif nümayəndələri 12 cinsdə birləşir. Qafqazda bir cins və bir növlə təmsil olunmuşdur. Hər yerdə arealın hüdudlarında nadirdir.
Cinsləri
- Mormopterus
- Sauromys
- Platymops
- Molossops
- Neoplatymops
- Myopterus
- Böyükdodaq - Tadarida
- Kiçik bükükdodaq -Chaerephon
- Böyük bükükdodaq - Mops
- Böyükqulaq bükükdodaq - Otomops
- Cənubi Amerika bükükdodağı - Nyctinomops
- Eumops - Eumops
- Enlisifət - Molossops
- Kəkilli bükükdodaq - Promops
- Məxməri bükükdodaq - Molossus
- Tomopeas
- Cheiromeles
İstinadlar
- Integrated Taxonomic Information System (ing.). 2004.
- Wilson D. E., Reeder D. M. Class Mammalia Linnaeus, 1758. // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness / red. Z. Zhang 2011. C. 3148, burax. 1. S. 56–60. ISBN 978-1-86977-849-1, 978-1-86977-850-7