Bulaqotağı
Bulaqotağı — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd.
Bulaqotağı | |
---|---|
40°39′ şm. e. 47°32′ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Ağdaş rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0333 |
|
Tarixi
Bulaqotağı Ağdaş rayonunun Qəsil inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. 1917-ci ildə oykonim Bulaqyatağı Şəklində qeydə alınmışdır. Güman etmək olar ki, coğrafi adın əsli elə budur. Oykonim bulaq (yeraltı suların yerin üstünə təbii çıxıŞı) və yataq (mənbə) sözlərindən düzəlib, "bulağın mənbəyi, çıxdığı yer" deməkdir.[1]
Mədəniyyəti
Kəndin ərazisində XVIII əsrdə tikilmiş türbə yerləşir.
Şəhidləri
- Hacıyev Ramiz Niyazi oğlu (1961-1992)
- İbrahimov Məzahir Səməd oğlu (1972-1993)
- Məmmədov Əfqan Tapdıq oğlu (1974-1994)
- Həmidov Mehman Hüseyn oğlu (1973-1992)
İstinadlar
- "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.