Bökey Ordası

Bukey ordasıRusiyanın tərkibində vassal qazax xanlığı.

Tarixi

XIX əsrin birinci yarısinda xan üsul-idarəsinin mövcud olduğu Xivə, Buxara və Kokandda siyasi cəhətdən qeyri-sabitlik mövcud idi, Buxara xanlığı ilə Kokand, Xivə ilə Buxara, Mərkəzi Asiya dövlətləri ilə İran arasında arası kəsilməyən müharibələr gedirdi. Xanlıqlar arasmda vaxtaşırı ərazi ugrunda gedən müharibələr, daxili ziddiyyətlər, ayrı-ayri bölgələrdə xalq üsyanları, bəzi qonşu dövlətlərlə münaqişələr xanliqları zəif salırdı [l,s.54], Eyni zamanda mövcud vəziyyət bəzi dövlətlərin Mərkəzi Asiya va Qazaxıstana marağını artırır, həm də bölgədə həmin dövlətlərin mənafeyi toqquşurdu [2,s.49],

Qazaxıstanın ərazisinin bir hissəsi - Kiçik jüz hələ 1731-ci ildə, Orta jüz isə 1740-ci ildə Rusiyanın təbəəliyini qəbul etmişdi. XVIII əsrin ortalarmda Rusiya imperiyasinin sərhədi Ural, Uy (Tobolun qolu) va İrtış «jaylan boyu keçirdi. Qazaxıstanın sərhədyanı rayonlarından uzaq olan ərazilərdə Rusiyanın təsiri hələ hiss olunmurdu. Cənubda isə qazaxlar Xivə və türkmənlərlə həmsərhəd idi. Qazax mülklərinin sərhədləri cənub-şərqdə Sırdəryanın cənubu, cənubda isə Zailiysk Alatausuna qədər uzanırdı.

Çinin hakimiyyəti Böyuk jüzün Şarq rayonlarında hələ qalırdı. Onun qərb rayonları faktiki olaraq müstəqil idi.

XVIII əsrin sonunda bu vəziyyət tamamilə dəyişdi. Qazax jüzlərinin xarici vəziyyətinin mürəkkəbliyi, həmçinin daxili çətinlik qonşularn onların torpaqlarını zəbt etməsini asanlaşdırdı. Ona görə də çar hökumətinə və feodal agalığınaa qarşı xalq kütlələrinin azadlıq hərəkati başlandı. XVIII əsrin 70-90-ci illərində qazax-rus münasibətləri kəskinləşmişdi. 1773-1775-ci illərdə Y.Puqaçovun başçılığı altinda olmuş kəndli müharibəsində Kiçik va Orta jüz qazaxları fəal iştirak etmişdilər [3,s.ll2], Bu hərəkatın iştirakçısı Srım Datovun başçılığı altında 1783-1797-ci illərda Kiçik jüz qazaxlarının üsyanı olmuşdu. Üsyanın əsas səbəbi qazaxların torpaqlannm zəbt olunmasi, aqrar məsələlərn kəskinləşməsi, köçərilərin həmişə istifadə etdikləri otlaqlara qadaga qoyulmasi, inzibati orqanla-rın, kazak qoşunlanmn soyğunçuluğu və yerli feodalların özbaşınalığı idi[1].

Sırım Datovun (1753-1802) başçılığı altında Kiçik jüzdə baş vermiş üsyan çar Rusiyasına qarşı ilk açıq çıxış idi. Üsyanın ilkin mərhələsində Sırım Datov Orsk qalası yaxınlığında Aşağı Ural xətti rayonunda Ural kazaklarina qarşı mübarizə aparmışdı. Üsyanın əsas mərkazi Saqız çayı yaxınlığında yerləşirdi. Sırım Datov 2700 nəfərlik dəstə toplamışdı. Üsyançıların ümumi sayı 6 min, bəzi məlumatlara görə 7 minə çatmışdı[2].

Üsyanın əsas xüsusiyyətlərindən biri də Nurəli xanın hakimiyyətinə qarşı çevrilməsi idi. Kiçik Jüzdən II Yekaterinaya göndərilmiş məktubda onun hakimiyyətdən uzaqlaşdırılması bildirilirdi [ 6, s. 159]. Sırım Datov Çar Rusiyasmin müstəmləkəçilik siyasəti ilə yanaşı, Nurəli xandan sonra hakimiyyətə qalan xanlara qarşı da mübarizə aparmışdı 1792-ci ildən sonra xalq hərəkatı partizan müharibəsi xarakteri almışdı. II Yekaterina Sırım Datovun tutulmasi haqqinda göstariş vermişdi. 1797-ci il oktyabrmda Ayşuakin xan seçilməsindən sonra onun tərəfdarları va Nurəli xanın oglanları tərəfindən təqib olunan Sırım Datovun Xivə xanlığına keçməsi onun 14 illik mübarizəsina son qoydu.

Çar Rusiyasi Qazaxıstana dogru iralilimək üçün möhkəm sərhəd xətti yaratmışdı. Mərkəzi Asiya Rusiya ilə İngiltərə arasmda rəqabət meydanına çevrilmişdi. Zəngin yeraltı va yerüstü sərvətləri və əlverişli strateji mövqeyi olan Mərkəzi Asiya və Qazaxıstanın alınmasını başa çatdırmaq Rusiyanın qarşısında duran asas vəzifələrdən biri idi. Lakin İngiltərə bu bölgəni zəbt edib öz müstəmləkəsinə çevirmək cəhdində, həm də Rusiyadan-az fəal deyildi. İngiltərənin Mərkazi Asiyaya iqtisadi va siyasi cəhətdən sirayət etməsi Rusiyanin Mərkəzi Asiya xanlıqları ilə yaxinlaşmaq marağını daha da artırmışdı [8, s. 242], İngiltərənin Hindistana sahib olduqdan sonra şərqi işğal etmək üçün ondan plasdarm kimi istifadə etmək istəyi də Rusiya imperiyasinm Mərkəzi Asiya xanlıqları ilə münasibətlərini müayyənləşdirməsində əsas və vacib məsələ idi [9, s. 201].

XIX əsrin əvvəlində Bukey Nurəliyev ordasinda yaxşı torpaq sahələri rus mülkədarları-knyazları, qazax xan, sultan və bəylərinə məxsus idi. 1830-1845-ci illərdə xan torpaq sahəsindən istifadə etməyə aid 1517 sənəd vermişdi [12, s.46]. Jangir xan 400 min desyatinə yaxin torpaq mənimsəmişdi. O, sultan Musaqali va Çinqali Urmanovlara 700 min desyatin, Babacanovlara 390 min desyatin, qardaşı Mendigerey (Menli-Girey) Bukeyxanova 400 min desyatin, Balki bay Kudayberqenova 300 min desyatin, sultan Beqaliyevbra 200 min desyatin torpaq vermişdi. Bu kimi 25-30 feodalın alinda xanliğın torpaqlarının 85 faizi cəmlənmişdi [3, s. 124]. Bununla yanaşı əhalinin üçdə biri torpaqsiz idi va onlardan çoxu, həm də aztorpaqlılar varlılardan torpaq icarəyə götürməyə məcbur olurdular [5, s. 104 ].

1837-ci ildən 1847-ci ilə qədər davam edən və Kiçik, Orta vs Böyük juzu bürüyən milli-azadlıq hərəkatının başında Kenesarı Kasımov dururdu. Kenesarının üsyanı məglub oldu. Lakin qazax xalqının milli-azadlıq mübarizəsində о mühüm əhəmiyyət kəsb etmişdir. Bu, XIX əsrdə üç juzun əhalisinin çox hissəsinin çarizmə qarşı mübarizədə ən iri üsyanı olmuşdu. Uzun müddət davam edən üsyanlardan biri olmaqla demək olar bütün Qazaxıstanı bürümüşdü. Ölkəsinin müstəqilliyi və azadlığı uğrunda mübarizə aparan Kenesarı siyasi talablər irəli sürmüşdü.

Ədəbiyyat

  • 1.Халфин H.A. Присоединение Средней Азии к России ( 60-90-е годы XIX в.)- М., 1965
  • 2.Халфин Н.А. Политика России в Средней Азии (1857-1868). М., 1960
  • 3.Сулейменов Б.С., Басин В.Я. Казахстан в составе России в XVIII - начале XX века. Алма- Ата, 1981
  • 4.Вся наша история, http:// karakesek. ru/content/ 0/ read 55.html
  • 5.Кан Г.В. История Казахстана. Алматы, 2005
  • 6.Казахстан в эпоху феодализма (Проблемы этнополитической истории). Алма-Ата, 1981

7.Гуревич Б.П.Международные отношения в Центральной Азии в XVII - первой половине XIX в. М.,1983

  • 8.Киняпина Н.С. и др. Кавказ и Средняя Азия во внешней политике России ( вторая половина XVIII — 80-е годы XIX в.). М., 1984
  • 9.Халфин Н.А. Россия и ханства Средней Азии (первая половина XIX в.). М., 1974
  • 10.Mehdiyeva N.C. Türk xalqlarının tarixi. Yeni dövr (XIX-XX asrin əvvəlləri). Ali məktəblər üçün dərslik. B., 2010
  • 11.Аспандияров Б. Образование Букеевской Орды и ее ликвидация. Алматы, 2007
  • 12.Бекмаханов Е.Б, Очерки истории Казахстана XIX в. Алма-Ата, 1966
  • 13.Зиманов С.З. Россия и Букеевское ханство. Алма-Ата, 1982
  • 14.Зиманов С.З. Политический строй Казахстана конца XVIII и первой половины XIX веков. Алма-Ата, 1960
  • 15.Казахско-русские отношения в XVIII-XIX веках (1771-1867). Сборник документов и материалов. Алма-Ата, 1964
  • 16.Казахская ССР.4 томная краткая энциклопедия, Т.1. Алма-Ата, 1985
  • 17.История Казахской ССР с древнейших времен до наших дней. Алма-Ата, 1943

İstinadlar

  1. 4
  2. 5, s.97
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.