Buker mükafatı
Buker mükafatı (tam adı Man Booker Prize for Fiction - Ədəbiyyat üzrə Men Buker mükafatı, 1968-2002-ci illərdə Buker-Makkonnel mükafatı) — ədəbiyyat sahəsində mükafat, hər il Britaniya Millətlər Cəmiyyəti və İrlandiya Respublikası vətəndaşına verilir.
Buker mükafatı ilk dəfə Buker-Makkonnel tərəfindən 1968-ci ildən təqdim olunmağa başlanılıb. Həmin vaxtdan 2002-ci ilə qədər onun mükafat fondu 21 min ingilis funt sterlinqinə bərabər olub. 2002-ci ildə Men Qrup şirkəti mükafatın rəsmi sponsoru olduqdan sonra mükafat fondu 50 min ingilis funt sterlinqinə qaldırıldı.
Laureatlar
- 1969 —
Persi Hovard Nyubi, "Buna görə cavab vermək lazımdır"
- 1970 —
Bernis Rubens, "Seçilmiş üzv"
- 1971 —
Vidiadxar Suracprasad Naypol, "Asılmış vəziyyətdə"
- 1972 —
Con Berqer, "G."
- 1973 —
Ceyms Qordon Farrel, "Krişnapurun mühasirəsi"
- 1974 —
Nadin Qordimer, "Mühafizəçi";
Stenli Middlton, "Bayram"
- 1975 —
Rut Praver Cabvala, "İsti və toz"
- 1976 —
Devid Stori, "Sevill"
- 1977 —
Pol Mark Skott, "Sonadək qalmaq"
- 1978 —
Ayris Mördok, "Dəniz, dəniz"
- 1979 —
Penelopa Fitcerald, "Suda"
- 1980 —
Vilyam Qoldinq, "Üzgüçülük ayinləri"
- 1981 —
Salman Rüşdi, "Gecəyarı uşaqları"
- 1982 —
Tomas Kenilli, "Şindlerin nicatı"
- 1983 —
Con Maksvell Kutzee, "Mixael K.-nın həyatı və zamanı"
- 1984 —
Anita Brukner, "«Göldə» mehmanxanası"
- 1985 —
Keri Hyum, "Skelet adamlar"
- 1986 —
Kinqsli Emis, "Köhnə cizgilər"
- 1987 —
Penelopa Layvli, "Aylı pələng"
- 1988 —
Piter Keri, "Oskar və Lüsinda"
- 1989 —
Kadzuo İsiquro, "Günün qalığı"
- 1990 —
Antoniya Süzen Bayett, "Sahib olmaq"
- 1991 —
Ben Okri, "Ac yol"
- 1992 —
Maykl Ondatje, "İngilis xəstə",
Barri Ansuort, "Müqəddəs aclıq"
- 1993 —
Roddi Doyl, "Peddi Klark ha-ha-ha"
- 1994 —
Ceyms Kelman, "Bu necə də gecdir, necə də gecdir"
- 1995 —
Pet Barker, "Kabuslar yolu"
- 1996 —
Qrem Svift, "Sonuncu sərəncam"
- 1997 —
Arundati Roy, "Xırdalıqların tanrısı"
- 1998 —
İen Makyuen, "Amsterdam"
- 1999 —
Con Maksvell Kutzee (2), "Rüsvayçılıq"
- 2000 —
Marqaret Etvud, "Kor qatil"
- 2001 —
Piter Keri (2), "Kellinin dəstəsinin əsl hekayəsi"
- 2002 —
Yann Martel, "Pinin həyatı"
- 2003 —
Di Bi Si Pyer, "Vernon Qod Littl"
- 2004 —
Alan Hollinqhörst, "Gözəllik sərhədi"
- 2005 —
Con Benvill, "Dəniz"
- 2006 —
Kiran Desai, "Müflislərin mirası"
- 2007 —
Enn Enrayt, "Yığılma haqqında hər şey"
- 2008 —
Aravind Adiqa, "Ağ pələng"
- 2009 —
Hilari Mentel, "Canavar zalı" [1]
- 2010 —
Hovard Ceykobson, "Finklerin sualı"
- 2011 —
Culian Barns, "Sonluğu hissetmə"
- 2012 —
Hilari Mentel (2), "Cəsədin gətirin"
- 2013 —
Eleonora Katton, "Məşəl"
- 2014 —
Riçard Flenaqan, "Uzaq şimala ensiz yol"
- 2015 —
Marlon Ceyms, "Yeddi qətlin qısa tarixçəsi"
- 2016 —
Pol Bitti, "Satılma"
- 2017 —
Corc Sonders, "Linkoln bardoda"
- 2018 —
Anna Berns, "Südsatan"
- 2019 —
Marqaret Etvud, "Vəsiyyətlər",
Bernardin Evaristo "Qız, qadın və başqa şeylər"
- 2020 —
Duqlas Stüart, "Şaqqi Beyn"
- 2021 —
Deymon Qalqut, "Vəd"
- 2022 —
Şehan Karunatilaka, "Maali Almeydanın yeddi ayı"
İstinadlar
- Британский «Букер» присужден Хилари Мэнтл Arxivləşdirilib 2009-11-05 at the Wayback Machine // Lenta.ru, 6 октября 2009
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.