Bukavu
Bukavu (1966-cı ilədək Kostermanvil, Costermanville) — Konqo Demokratik Respublikasının şərqində şəhər. Cənubi Kivu əyalətinin inzibati mərkəzi.[1]
Bukavu | |
---|---|
![]() | |
2°30′ c. e. 28°52′ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1901 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.498 m |
Digər | |
mairiedebukavu.net | |
| |
![]() |
Coğrafiyası
Kivu gölünün cənub sahilində liman şəhəridir. Avtomobil yolları qovşağında yerləşir. Beynəlxalq aeroportdur. [1]
Mədəniyyəti
Mərkəzi Afrika Elmi Tədqiqatlar İnstitutu, Dağ-mədən işləri institutu, Kənd təsərrüfatının inkişafı institutu (1972), pedaqoji kollec var. Bukavu kənd təsərrüfatı rayonunun ticarət mərkəzidir (çay, qəhvə, tərəvəz, sitrus). Yeyinti (o cümlədən pivə istehsalı), toxuculuq, metal emalı, kimya, əczaçılıq, mebel sənayesi, gəmi təmiri müəssisələri var. Tikinti materialları istehsal olunur. Turizm inkişaf etmişdir. Bukavu yaxınlığında “Ruzizi” SES-i, şəhərin şimal qərbində Kaxuzi-Biyeqa Milli Parkı var.[1]
Qalereya
- Kivu gölünün Bukavu şəhərindən görünən mənzərəsi
İstinadlar
- Bukavu// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 57-58. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.
Xarici keçidlər
- Bukavu şəhərinin qalereyası Arxivləşdirilib 2008-08-20 at the Wayback Machine
- Bukavu şəhəri məqaləsi