Buhturi
əl-Valid b. Ubeyd-Allah əl-Buhturi (ərəb. الوليد بن عبيدالله البحتري, ö. 897) Abbasilər dövründə yaşamış məşhur ərəb şairidir.[3]
Buhturi | |
---|---|
Doğum tarixi | 821[1] |
Doğum yeri | |
Vəfat tarixi | 897[2][1] |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | |
Fəaliyyəti | şair |
Həyati
əl-Buhturi Abbasilər dövrünün ən məşhur mədhiyyə şairlərindən biridir. Qədim ədəbiyyatşünaslar onu görkəmli şair kimi qələmə verirlər. 815 və ya 822-ci illərdə Suriyanın Mənbic şəhərində doğulub boya-başa çatmışdır. Poeziyasının ilk illərində tayfasını vəsf etmək üçün fahriye tipli şeirlər yazmışdır. Onu tez-tez müasiri və müəllimi olan məşhur şair Əbu Təmmamla müqayisə edirdilər. Əl-Buhturinin şeirləri ərəb poeziyasında klassik üslub nümunələridir. O, çörəkpulu qazanmaq üçün mədhiyyə şairi kimi çalışmış və bu janrdakı qəsidələri ilə şöhrət qazanmışdır[4].
Həmçinin bax
Esat Ayyıldız, “el-Buhturî’nin Methiyeleri”, Bingöl Üniversitesi İlahiyat Fakültesi Dergisi 18 (Dekabr 2021), 136-153. https://doi.org/10.34085/buifd.1011660
İstinadlar
- Catalog of the German National Library (alm.).
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Esat Ayyıldız, “el-Buhturî’nin Methiyeleri” Arxivləşdirilib 2022-01-07 at the Wayback Machine, Bingöl Üniversitesi İlahiyat Fakültesi Dergisi 18 (Dekabr 2021), 136-153. https://doi.org/10.34085/buifd.1011660 Arxivləşdirilib 2023-07-04 at the Wayback Machine