Bugenvilleya

Bugenvilleya (lat. Bougainvillea) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin niktaginkimilər fəsiləsinə aid bitki cinsi.

Bugenvilleya
Elmi təsnifat
Aləm:
Klad:
Streptophyta
Klad:
Embryophytes
Klad:
Polysporangiophytes
Klad:
Tracheophytes
Klad:
Eudicots
Klad:
Core eudicots
Klad:
Superasterids
Triba:
Bougainvilleeae
Cins:
Bugenvilleya
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  19682
NCBI  3540

Təbii yayılması

Cənubi Amerikanın, Asiyanın tropik və subtropik ərazilərində 18 növü məlumdur. Gülçülükdə ən çox Braziliyadan gətirilmiş çılpaq bugenvilleya (B. qlabra) becərilir. L.A. Bugenvilin şərəfinə adlandırılmışdır.

Botaniki təsviri

Sürünən, dırmanan, yaxud ilişən zoğları olan kollar və kiçik ağaclardır. Yarpaqları növbəli, yumurtavarı oval, tamkənarlıdır. Xırda, qoltuqda yerləşən, çiçəkləri ağ, sarı, narıncı, çəhrayı, qırmızı rəngli 3 iri çiçəkyanlığı ilə əhatələnmişdir. [2]

İstinadlar

  1. Australian Plant Name Index (ing.).
  2. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 5-ci cild: Brüssel  Çimli-podzol torpaqlar (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2014. səh. 40. ISBN 978-9952-441-10-9.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.