Buduq və buduqlular (kitab)

Buduq və buduqlular — tarix elmləri doktoru, professor Vaqif Buduqlu-Piriyevin Buduqbuduqlular haqqında yazdığı kitab.

Buduq və buduqlular
Müəllif Vaqif Buduqlu-Piriyev
Orijinalın dili azərbaycanca
Orijinalın nəşr ili 1994
Nəşriyyat Sabah
Səhifə 140
ISBN ISBN 5-86106-026-6

1994-cü ildə "Tural" kooperativinin sədri Mirxudam (Xudu) Mirbalaş oğlu Bəhrəmovun vəsaiti hesabına Bakıda "Sabah" nəşriyyatında çap olunmuşdur. Kitabın redaktorları t.e.n. Aydın Səlimzadə və h.e.n. Zavər Qafarovdur. 140 səhifədən ibarətdir.

Kitabda Azərbaycanın qədim yaşayış məskənlərindən biri – Quba rayonunun Buduq kəndi və onun sakinləri barədə elmi araşdırmalar öz əksini tapmışdır. Burada Buduq kəndinin tarixi, buduqluların etnik mənsubiyyətləri, bu günü və keçmişi, buduq dilinin öyrənilməsi səviyyəsi, Buduğa aid tarixi sənədlər və materiallar, maraqlı və ibrətamiz söhbətlər, rəvayətlər verilir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.