Budaqdərə

BudaqdərəAzərbaycan Respublikasının Laçın rayonu Hacıxanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Şəlvə kənd Sovetindən Budaqdərə kəndi Hacıxanlı kənd Sovetinin tərkibinə verilmişdir.[1] 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.

Budaqdərə
39°50′32″ şm. e. 46°15′52″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Budaqdərə xəritədə
Budaqdərə
Budaqdərə

Toponimikası

Kənd Budaqdərəsi adlı yerdə salındığı üçün belə adlandırılmışdır. Etnotoponimdir. 1933-cü ildə İmişli (Qaradonlu) rayonu ərazisində Budaqlı adlı kənd də qeydə alınmışdır.[2]

Coğrafiyası və iqlimi

Kənd Qarabağ yaylasında yerləşir.

Əhalisi

Kənd əhalisi azərbaycanlılardan ibarətdir.

İqtisadiyyatı

Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.