Bud siniri

Bud siniri (lat. nervus femoralis) bel kələfiniə aid II və IV bel sinirlərinin (L2L4) liflərindən təşkil olunmuşdur.

Bud siniri
Bel kələfi
Bel kələfi
Latınca nervus femoralis
Qrey subyekt 212 955
İnnervasiyası Qalça əzələsi[1]
Başlanır Bel kələfi (L2)
Tamamlanır Bel kələfi (L4)
Şaxələnir gizli sinir
MeSH Femoral+nerve
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

¨Bud siniri — n. femoralis , ən uzun şaxə olub, qasıq bağının altından ( əzələ sahəsindən ) budun ön səthinə çıxaraq əzələ, oynaq və ön dəri şaxələrinə bölünür. Bunlardan əzələ şaxələri budun ön qrup əzələlərini, oynaq şaxələri bud — çanaq və diz oynaqlarını, ön dəri şaxələri isə budun ön içəri səthinin dərisini innervasiya edir. Bud sinirindən çıxan gizli sinir — n. saphenus , bu sinirin ən uzun şaxəsi olub , bud üçbucağında bud arteriyasından bayır tərəfdə yerləşir, üçbucağın zirvəsindən arteriya ilə birlikdə yaxınlaşdırıcı kanala daxil olur və onun ön dəliyindən xaric olaraq dərzi əzələsinin altında yerləşir. Sonra bu sinir budun ön və içəri qrup əzələlərinin arası ilə aşağı gedərək diz oynağı nahiyəsində diz oynağına, diz qapağına və baldırın ön səthinin yuxarı hissəsinə məxsus diz qapağıaltı şaxa — r. infrapatellaris, verir. Baldırda bu sinirin böyük gizli vena ilə yanaşı yerləşdiyi yerindən baldırın ön- içəri səthinin dərisinə məxsus baldırın içəri dəri şaxəsi — r. cutanens cruris medialis, ayrılır. Daha sonra içəri topuğun içəri səthindən ayağa keçir və baş barmağın içəri kənarına kimi davam edir. Bu sinir ayaqda ayağın içəri kənarının dərisini ( baş barmağadək ) innervasiya edir ,

İstinadlar

  1. Palastanga N., Soames R. Anatomy and Human Movement Structure and Function 6th edition. 6 2012. ISBN 978-0-7020-3553-1
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.