Bud-çanaq oynağı
Bud-çanaq oynağı (lat. articulátio cóxae) — bud sümüyünün başı ilə çanaq sümüyünün sirkə kasası arasında yaranan kürəşəkilli, çoxoxlu oynaq. Sirkə kasası kürə səthinin 170°-180°-li kəsiyini təşkil edir və əyrilik radiusu 2,5 sm-ə bərabərdir. Gialin qığırdaq təbəqəsi ancaq aypara səthini örtür, lat. fossa acetabuli və lat. incisura acetabuli sinovial zar ilə örtülmüşdür. Sirkə kasası oymasının üstündə qısa və möhkəm bir bağ — lat. ligamentum transversum acetabuli çəkilmişdir. Bu bağın altında sirkə kasasının kiçik damar və sinirləri keçir. Sirkə kasasının kənarına və köndələn bağa 5–6 mm hündürlüyündə oynaq dodağı — lat. labrum acetabulare (labrum glenoidale — BNA) bağlanmışdır. Bu dodaq oynaq çuxurunu daha artıq dərinləşdirir və nəticədə sirkə kasasının dairəsi yarım kürədən artıq olur. Bud sümüyünün başı sirkə kasasına uyğun gəlir və oynaq səthi kürənin 2/3 hissəsini təşkil edir. lat. Caput femoris bud başı çuxurcuğundan başqa tamamilə gialin qığırdaqla örtülü olur.
Bud-çanaq oynağı | ||
---|---|---|
Oynağı əmələ gətirən sümüklər | ||
Latınca | articulatio coxae | |
Növü | Sinovial birləşmə | |
Oxu | Çoxoxlu: frontal, sagital, üfüqi. | |
Səthi | Kürəşəkilli | |
Sümükləri | Bud, qalça | |
Bağları | Qalça-bud bağı | |
Qrey | subyekt 92 333 | |
MeSH | Hip | |
Bud-çanaq oynağının yaratdığı hərəkətlər:
- frontal ox boyu — açma və bükmə;
- sagital ox boyu — yaxınlaşdırma və uzaqlaşdırma;
- üfüqi ox boyunca — pronasiya və supinasiya
- kürəşəkilli oynaq olduğu üçün ona imkan verən dairəvi fırlanma (lat. rotatio) hərəkəti
Bağları
- Qalça-bud bağı (lat. ligamentumilipfemorale)
- Qasıq-bud bağı (lat. ligamentum pubofemorale , ligamentum pubocapsulare — BNA)
- Oturaq-bud bağı (lat. ligamentum ischiofemorale , ligamentum ischiocapsulare — BNA)
- Dairəvi məntəqə (lat. zona orbicularis)
- Bud sümüyü başının bağı (lat. ligamentum capitis femoris , ligamentum teres femoris — BNA)
Mənbə
- Prof. K. Ə. Balakişiyev, İnsanın Normal Anatomiyası, I cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1971