Buşmenlər
Buşmenlər (ing. Bushman) — Afrikada yaşayan xalqlar olub irqi xüsusiyyətlərinə görə zənci irqindən fərqlənirlər. Onların dərilərinin rəngi sarımtıl olmaqla saçları spiralşəkilli burulmuş olurlar. Onlar 10 min il bundan əvvəlki əcdadlarının adət ənənələrini indiyə kimi qoruyub saxlaya biliblər[1].
Namibiyada buşmen ailəsi | |||||||||||||||
Ümumi sayı | |||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
90 000 | |||||||||||||||
Yaşadığı ərazilər | |||||||||||||||
| |||||||||||||||
Dili | |||||||||||||||
Kho, kha, tu dil ailəsi | |||||||||||||||
Dini | |||||||||||||||
Buşmenlər gözəl ovçuluq və yığıcılıq qabiliyyətinə malikdirlər. Bu xalqlar Anqolada[2], CAR-da, Namibiyada, Mozambikdə, Lesoto və Botsvanada yaşayırlar. Koysan dilində danışırlar.
Tarixi
Afrikanın cənubunda yaşayan azsaylı buşmenlərin əcdadları bütün digər Homo sapienslərdən daha çox idi.
Genetiklərin son araşdırmalarına görə, Afrikanın cənubunda yaşayan ovçu-toplayıcı buşmenlər, 150 min il boyu insanların böyük bir hissəsini təşkil etmişdir. Bundan başqa, məlum olmuşdur ki, 120-130 min il əvvəl buşmenlərin əcdadları istisna olmaqla, bütün insanlıq demoqrafik böhran keçirirdi. Alimlər bunu, Avrasiyaya buzlaqların gəlişi nəticəsində Qərbi və Mərkəzi Afrika ərazisində quraqlığın yaranması, lakin qitənin cənubunda mülayim iqlimin saxlanması ilə izah ediblər. Sonuncu məqam buşmen populyasiyalarının yüksək səviyyədə qalmasına imkan verib.
Tədqiqat zamanı Namibiyada yaşayan 5 buşmen tayfasının genomu digər 48 xalqın nümayəndələrinin genomu ilə müqayisə olunmuşdur. Məlum olmuşdur ki, yaxın nigahlar səbəbiylə, hətta son minillikdə belə yeni gen axınının məhdudiyyəti nəticəsində buşmenlər genom səviyyəsində digər xalqlardan ciddi şəkildə fərqlənirlər. Tədqiqatın nəticələri buşmenləri keçmişin ən çoxsaylı xalqı kimi təsdiq etməkdə genetiklərə kömək etmişdir.
Alimlərin araşdırmalarına görə, yalnız 22 min il əvvəl müasir avropalıların, asiyalıların və digər afrika xalqlarının əcdadları buşmenləri "sıxışdırmış" və sayca önə keçmişdir.
Qalereya
Ədəbiyyat
- Gordon, Robert J. The Bushman Myth: The Making of a Namibian Underclass. 1999. ISBN 0-8133-3581-7.
- Howell, Nancy. Demography of the Dobe ǃKung. New York: Academic Press. 1979. ISBN 0-12-357350-5.
- Lee, Richard; Irven DeVore. Kalahari Hunter-Gatherers: Studies of the ǃKung San & Their Neighbors. iUniverse. 1999. ISBN 0-674-49980-8.
- Solomon, Anne. "The myth of ritual origins? Ethnography, mythology and interpretation of San rock art". The Antiquity of Man. South African Archaeological Bulletin. 1997. 4 April 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 January 2014.
- Minkel, J. R. "Offerings to a Stone Snake Provide the Earliest Evidence of Religion". Scientific American. 1 December 2006. İstifadə tarixi: 12 January 2014.
- Choi, Charles. "African Hunter-Gatherers Are Offshoots of Earliest Human Split". LiveScience. 21 September 2012. İstifadə tarixi: 12 January 2014.
- San Spirituality: Roots, Expression,(2004) and Social Consequences, J. David Lewis-Williams, David G. Pearce, ISBN 978-0759104327
- Barnard, Alan. (1992): Hunters and Herders of Southern Africa. Cambridge University Press. ISBN 978-0521411882.
Həmçinin bax
İstinadlar
- "Buşmenlər kimlərdir?". 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-31.
- "Ученые: человечество родом из Анголы и Намибии". 2009-05-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-10-31.