Bu, Səttar Bəhlulzadədir (film, 1969)
Bu, Səttar Bəhlulzadədir qısametrajlı sənədli televiziya filmi rejissor Ramiz Axundov tərəfindən 1969-cu ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film respiblikanın xalq rəssamı, təbiət vurğunu, görkəmli fırça ustası Səttar Bəhlulzadəyə həsr edilmişdir. 1969-cu ildə Kiyevdə "Prometey-69" zona festivalında film ədəbiyyat və incəsənət xadimlərinin yüksək bədii səviyyədə təsvir edilməsinə görə xüsusi diploma layiq görülmüşdür.
Bu, Səttar Bəhlulzadədir | |
---|---|
Janr |
sənədli qısametrajlı bioqrafik |
Rejissor | Ramiz Axundov |
Ssenari müəllifi | Anar |
Operator | Nəriman Şıxəliyev |
Bəstəkar | Aqşin Əlizadə |
İstehsalçı | "Ekran" |
İlk baxış tarixi | 1969 |
Filmin növü | qısametrajlı sənədli televiziya filmi |
Müddət | 17 dəq. |
Ölkələr | Azərbaycan SSR |
Dil | azərbaycanca |
İl | 1969 |
Texniki məlumatlar |
2 hissə 545 metr |
Rəng | rəngli |
Məzmun
Film Respublikanın xalq rəssamı, təbiət vurğunu, görkəmli fırça ustası Səttar Bəhlulzadəyə həsr edilmişdir. Filmdə rəssamın son dərəcə orijinal yaradıcılıq üslubu öz əksini tapmışdır.[1]
Festival və mükafat
1969-cu ildə Kiyevdə "Prometey-69" zona festivalında film ədəbiyyat və incəsənət xadimlərinin yüksək bədii səviyyədə təsvir edilməsi üçün xüsusi diploma layiq görülmüşdür.[1]
İstinadlar
- Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 119