Bryuxovetski rayonu

Bryuxovetski rayonu (rus. Брюховецкий район) — Rusiya Federasiyası, Krasnodar diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Bryuxovets kəndidir.

Bryuxovetski rayonu
Bayraq[d] Gerb
Bayraq[d] Gerb

45°48′05″ şm. e. 39°00′15″ ş. u.


Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 1.376 km²
Əhalisi
Əhalisi
  • 50.676 nəf. (1 yanvar 2018)[3]
Rəsmi sayt
Bryuxovetski rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiyası

Rayonun ərazisi 1376 km²-dir. Rayon Krasnodar diyarının mərkəzi hissəsində, Azov-Kuban ovalığında yerləşir. Şərqdə Vıselkovski rayonu, cənubda Korenovski və Timaşevski rayonları, şimalda Kanevski və Pavlovski rayonları, qərbdə Primorsko-Axtarski rayonları ilə həmsərhəddir.

Tarixi

Bryuxovetski rayonu 2 iyun 1924-cü ildə Cənub-Şərq diyarının Kuban dairəsinin bir hissəsi olaraq qurulur. Buraya ləğv edilmiş Krasnodar şöbəsinin Bryuxovets volostu və Kuban-Qara diyarının Slavyan şöbəsinin Roqovskaya volostu əraziləri daxil idi. Əvvəlcə rayon 7 kənd məclisindən ibarət idi - Bryuxovetski, Baturinski, Novocerelievski, Novokorsunski, Pereyaslovski, Roqovski və Çepiqinski.

16 noyabr 1924-cü ildən rayon Şimali Qafqaz diyarının, 10 yanvar 1934-cü ildən isə Azov-Qara dəniz diyarının bir hissəsi olur.

31 dekabr 1934-cü ildə Bryuxovetski rayonunun bölünməsi nəticəsində mərkəzi Roqovski kəndi olan Roqovski rayonu qurulur.

13 sentyabr 1937-ci ildən bu rayon Krasnodar diyarının bir hissəsi olmuşdur.

22 avqust 1953-cü ildə ləğv edilmiş Roqovski rayonunun 3 kənd məclisi - Malobeysuqski, Novojerelievski, Qarbuzovalkovski - Bryuxovetski rayon ərazisinə daxil oldular.

1 fevral 1963-cü ildə rayon ləğv edilir və ərazisi Kanevski rayonuna verilir.

30 dekabr 1966-cı il Bryuxovetski rayonu əvvəlki sərhədlərinə bərpa edilir.

1993-cü ildə kənd şuralarının fəaliyyəti dayandırılır və kənd idarələrinin əraziləri kənd dairələrinə çevrilir.

25 Oktyabr 2005-ci ildə İnzibati Ərazi Quruluşu Şurasının qərarı ilə Bryuxovetski rayonu ərazisində kənd yaşayış məntəqəsi statusuna sahib 8 inzibati vahid təsis edilir.

Əhali

1 yanvar 2006-cı il tarixinə rayon əhalisi 53 625 nəfər təşkil etmişdir. Bunlardan hamısı kənd sakinləridir. Bütün əhali arasında kişilər 47,1%, qadınlar 52,9% təşkil edir. Ümumi əhalinin 31 779 (59,3 %) əmək qabiliyyətli insanlar, 22,6 %-i pensiyaçılardır[4].

Milli tərkib

2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[5]:

xalq say,
nəf.
ümumi
əhaliyə olan nisbət, %
ruslar 50 160 94,59 %
ermənilər 770 1,45 %
ukraynalılar 722 1,36 %
digərləri 1 098 2,07 %
milliyətini bildirməyənlər 278 0,53 %
Ümumi 53 028 100,0 %

İnzibati-ətazi vahidləri

Bryuxovetski rayonunda 8 kənd inzibati ərazi vahidliyinə 33 yaşayış məntəqəsi daxildir.

İqtisadiyyat

Rayonun əsas istehsal sahəsi kənd təsərrüfatdır. Rayonun 10 kənd təsərrüfatı müəssisəsi, balıqçılıq təsərrüfatı və 265 kəndli təsərrüfatı vardır.

Nəqliyyat

Əsas magistral Krasnodar-Yeysk federal magistral yoludur. Rayonda asfaltlanan yolların uzunluğu 228,5 km-dir. Burada dəmir yolu stansiyası və şəhərlərarası avtovağzal vardır.

İstinadlar

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.