Britaniya Şimali Amerikası
Britaniya Şimali Amerikası — Britaniya İmperiyasının Şimali Amerikadakı keçmiş torpaqlarına verilən ad. Termin ilk dəfə qeyri-rəsmi olaraq 1783-cü ildə istifadə edildi, ancaq Durham Hesabatı adı verilən İngilis Şimali Amerika İşləri Hesabatından (1839) əvvəl nadir idi. Bu bölgələr indiki müasir Kanada və Amerika Birləşmiş Ştatlarının Pasifik Şimal-Qərbi Hissəsidir. Şimali Amerikanın Britaniya müstəmləkəçiliyi (həm ingilislər həm də Şotlandlar tərəfindən sömürgələştirilməsi də daxil olmaq üzrə), 1607-ci ildə Virciniya Jamestown'da başladı və koloniyalar Amerika qitəsində qurulduğunda İngilis koloniyalizmi ən güclü halına çatdı.
Böyük Britaniya koloniyaları (1783-1800) Birləşmiş Krallıq koloniyaları (1801-1907) | |||
Britaniya Şimali Amerikası | |||
---|---|---|---|
British North America | |||
|
|||
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı himni | |||
|
|||
|
|||
Paytaxt | London | ||
Dilləri | ingilis dili | ||
Rəsmi dilləri | İngiliscə Fransızca Keltcə | ||
Dövlət dini | Anqilikanizm | ||
Valyuta | funt sterlinq | ||
İdarəetmə forması | Britaniyaya bağlı ərazilər |
Siyasi bölmələri
1775-ci ildə, ABŞ İstiqlaliyyət müharibəsi ərəfəsində, Britaniya İmperiyası, Yeni İspaniyanın şimal-şərqində, Qərb yarımkürəsi 20 bölgə ehtiva edirdi. Bu müstəmləkələr bunlardır:
- Florida (Şərqi və Qərbi Florida ayrı idarə edilirdi.)
- Nyufaundlend
- Yeni Şotlandiya
- Kvebek
- Rupertin torpağı
- Müqəddəs Con adası
- On üç koloniya (Hər biri ayrı idarə edilir)
Britaniya Yeddiillik müharibəni sona çatdıran Paris sülh müqaviləsi (1763) ilə Fransadan Şərq və Qərb Florida ilə Kvebeki qazanmışdı.
İspaniya Qərbi Floridanı qazanmaqla qalmayıb, Şərqi Florida'nı geri qazandı və Amerika Birləşmiş Ştatları, suverinliklərinin təsdiqlənməsi üzərinə, Paris sülh müqaviləsi (1783) Böyük Göllər'in cənubunda Kvebek'in bir hissəsini qazandı.
Yeni Şotlandiya 1784-cü ildə Yeni Şotlandiyaya və Nyu-Brunsvikə ayrılmışdı. 1783-cü ildən sonra Kvebekin bir qismi 1791-ci ildə əhalisi əsasən fransız dilində danışan Aşağı Kanada və əhalisi əsasən ingilis dilində danışan Yuxarı Kanada əyalətinə ayrılmışdı.
1812-ci il müharibəsindən sonra 1818-ci il müqaviləsi, Amerika Birləşmiş Ştatları ilə Britaniya Şimali Amerikası arasındakı sərhədi Rupertin torpağından Qayalı dağlarla 49-cu paraleldə qurulmuşdur. 1846-cı ildə imzalanan Oreqon müqaviləsinə uyğun olaraq Britaniya, 49-cu paralelin cənubu, "Hudson's Bay Company" Oreqona olan iddiasından imtina etdi.
Britaniya Şimali Amerikası və Men arasındakı sərhəd nəhayət 1842-ci ildə Vebster-Aşberton müqaviləsi ilə təyin olundu. Kanadalar (Əyalət) 1841-ci ildə Kanada əyalətinə qatılmışdır.
1 iyul 1867-ci ildə Böyük Britaniya parlamenti tərəfindən Britaniyanın Şimali Amerika Aktı adı verilən bir qanun Kanada Dominionunu, Nyu Brunsviki və Yeni Şotlandiyanın yaranmasına gətirib çıxardı. Kanada əyaləti 1841-ci ildən əvvəlki torpaqlarına yenidən, Şərqi Kanada (Aşağı Kanada) adı Kvebek olaraq, Qərbi Kanada (Yuxarı Kanada) isə Ontario adlandırılaraq parçalanmışdır. Bunlar Kanadanın ilk dörd əyalətləri idi.
1870-ci ildə Rupertin torpağı Kanada tərəfindən Şimal-qərb torpaqları (ŞQT) olaraq ihlaq edilmişdi, ŞQT-nin bir qismi olan Manitoba, Kanadanın bir əyaləti halına gəldi. Konfederasiyaya 49-cu paralelin şimalındakı qərb sahilindəki Britaniya koloniyası olan Britaniya Kolumbiyası 1871-ci ildə, 1873-cü ildə isə Şahzadə Eduard Adası qatıldı. Britaniya Kolumbiyası ilə Vaşinqton ərazisi arasındakı sərhəd, 1872-ci ildə təhkim yolu ilə, Alyaska ilə sərhəd isə 1903-cü ildə yenə təhkim yolu ilə həll edildi. 1905-ci ildə Şimal-qərb topraqlarının böyük bir qisimi Saskaçevan və Alberta ştatlarının ərazilərinə qatıldı.
1907-ci ildə qalan tək Britaniya Şimali Amerikası koloniyası olan Nyufaundlendə dominion statusu verildi, ancaq 1934-cü ildən etibarən Böyük Britaniya Səlahiyyətlilər Komissiyası tərəfindən idarə olunurdu. Bu orqan, Böyük Britaniya səlahiyyətliləri tərəfindən idarə olundu. 1949-cu ildə Nyufaundlend adası və ona bağlı Labrador torpaqları onuncu əyalət olaraq Kanadaya qatıldı.
1867-ci ildə yarı-müstəqil ikən və Vestminster Əsasnaməsi ilə xarici əlaqələrə tam suveren olmasına baxmayaraq, Kanadanın Konstitusiya müstəqilliyinin son izləri Kanadalılar Kanada Konstitusiyasını dəyişdirmə mövzusunda bir daxili üsul üzərində razılaşmağa çatana qədər davam etdi. Bu razılaşma Böyük Britaniya parlamenti Kanada Parlamentinin tələbi üzərinə 1982-ci il Konstitusiya Qanununu təsdiqlədiyində qüvvəyə girdi.
Britaniyanın Şimali Amerikadakı Koliniyaları
1846-cı il Oreqon müqaviləsinin imzalanmasından əvvəl mövcud olan müstəmləkələr:
- Kanada əyaləti — (əvvəllər Yuxarı və Aşağı Kanada)
- Nyufaundlend
- Yeni Şotlandiya
- Nyu-Brunsvik
- Şahzadə Eduard Adası
- Rupertin torpağı
- Britaniyanın Arktik Əraziləri
- Kolumbiya Əyaləti/Oreqon (Amerika Birləşmiş Ştatları ilə bölüşdürüldü)
İdarə edilməsi
Hər müstəmləkədəki yerli müstəmləkə hökumətlərindən başqa, Britaniya Şimali Amerikası birbaşa London şəhərindən idarə edilirdi.
Britaniya Şimali Amerikası 1783–1801 illərdə, Daxili İşlər Bürosu və Ev Katibi, daha sonra 1801-ci ildən 1854-cü ilə qədər Müharibə Dairəsi və Müharibə katibi və Müstəmləkələr tərəfindən idarə edildi. Müstəmləkə Ofisi yenidən qurulduğunda müstəmləkə katibinin məsuliyyəti altında idi.
Həmçinin Bax
Mənbə
- Maton, William F. (1998). "Britaniya Kolombiyasının Birliyin şərtləri". Solon Qanunu Arxivi. 22 iyun 2016-cı ildə alındı.
- Maton, William F. (8 December 1995) "Şahzadə Edvard Adasının Birliyin şərtləri". Solon.org. 18 aprel 2013-cü ildə alındı.
Xarici keçidlər
- Bailyn, Bernard. Şimali Amerikanın Xalq Artımı : Giriş (1988) excerpt and text search
- Cooke, Jacob E. Şimali Amerika Koliniyalarının Ensiklopediyası (3 cild 1993)
- Foster, Stephen, ed. 17-ci və 18-ci əsrlərdə İngilis Şimali Amerikası (Oksford Britaniya İmperiyasının tarixi) (2014) excerpt and text search; Alimlər tərəfindən 11 məqalə
- Garner, John. İngilis Şimali Amerikada səs hüququ və siyasət , 1755–1867 (Toronto Universtiteti Pressi, 1969)
- Gipson, Lawrence Henry. Amerikan İnqilabından əvvəl Britaniya İmperiyası (15 cild, 1936–70), çox əhatəli iş ; Pulitzer Prize
- Morton, W. L. Kanada Krallığı: Ən erkən dövrdən ümumi Tarix (1969)