Briqada
Briqada — alaydan böyük, diviziyadan kiçik əsgəri taktika vahid. Personal sayı ehtiyaclara görə dəyişməklə birlikdə 5.000 əsgərdən ibarət olan hərbi birliklərdir. Təşkilatında piyada bölüklərinden, tank gücünə, istehkam bölüyünə hər cür xəbərləşmə vahidinə malikdir. Briqadanın ən əhəmiyyətli xüsusiyyəti, öz-özünə çata bilən ən kiçik əsgəri birlik olmasıdır. Komandiri polkovnik, general-mayor, kontr-admiraldır.
Briqadalar tabeçiliyində fərqli alaylar saxlaya bilər. Təşkilatlarındakı ana döyüşçü ünsürə görə piyada briqadası, tank briqadası, topçu briqadası olaraq təyin olunurlar.
Zirehli briqada
Əsas döyüş ünsürü tank olan briqadalardır. Təşkilatlanması ümumiyyətlə aşağıdakı kimidir:
- Briqada qərargahı
- 3 Tank taboru
- 1 Motaatıcı tabor
- 1 Topçu taboru
- Tank əleyhinə divizyon
- Zenit raket divizyonu
- Zenit artilleriya divizyonu
- Reaktiv artilleriya divizyonu
- Mühəndis-istehkam taboru
- Təmir bölüyü
- Rabitə bölüyü
- Maddi təminat bölüyü
- Kəşfiyyat taboru
- Artilleriya kəşfiyyat batareyası
- KQSM taboru
Motoatıcı briqada
- Briqada qərargahı
- 3 Motaatıcı tabor
- 1 Tank taboru
- 2 Topçu taboru
- Tank əleyhinə dizivyon
- Zenit raket divizyonu
- Zenit artilleriya divizyonu
- Reaktiv artilleriya divizyonu
- Mühəndis-istehkam taboru
- Təmir bölüyü
- Rabitə bölüyü
- Maddi təminat bölüyü
- Kəşfiyyat taboru
- Artilleriya kəşfiyyat batareyası
- KQSM taboru
Həmçinin bax
Hərb ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.