Brilyant
Brilyant (fr. brillant "parlaq, parıldayan") — cilalanmaqla təbii parlaqlığının maksimum dərəcədə artırıldığı almaz.[1] Brilyantlar “4 C” sistemi ilə qiymətləndirilir. C-lər ingilis dilindəki: cut (kəsmə), clarity (təmizlik), color (rəng) və carat (karat çəkisi) sözlərinin baş hərfidir və onlar daşın mükəmməlliyə nə qədər yaxın olduğunu müəyyən etməyə imkan verir. Hər cilalanmış almaz brilyant deyil - yalnız parlaq şəkildə cilalanmış olanlar brilyant sayılır. Daşın cilalanmasını qiymətləndirərkən əsas şey onun keyfiyyəti: kənarların nə qədər həndəsi dəqiq və mütənasib olmasıdır. İdeal cilalanmış brilyant “A” hərfi ilə kodlanır, daha sonra B, C, D – keyfiyyətə görə azalan qaydada gəlir. Beynəlxalq sistemdə (GIA) ideal cilalanmış brilyant Excellent (Əla) və keyfiyyətin azalan qaydasına uyğun olaraq - Very Good, Good, Fair, Bad (Çox yaxşı, Yaxşı, Normal, Pis) təyin olunur.
Təmizlik — brilyantın keyfiyyətinin vacib göstəricisidir: daş qüsurlarının və ya xarici daxilolmaların olması və ya olmaması ilə ifadə edilir; Qüsurları olmayan almaza xalis almaz deyilir.
Brilyantın çəkisi karatla ölçülür: 1 karat 0,2 qrama bərabərdir .
Əksər brilyantlar flüoresansa, yəni ultrabənövşəyi şüalanmaya məruz qaldıqda parıldamaq qabiliyyətinə malikdir.
İstinadlar
- Green, Barak; Gilbertson, Al; Reinitz, Ilene; Johnson, Mary; Shigley, James. "What did Marcel Tolkowsky really say?" (PDF). August 17, 2001. September 30, 2012 tarixində arxivləşdirilib (PDF).