Breton şattlı

Breton şattlı (fr. La Navette Bretonne) (başqa adıyla "Broussard və Cri-cri") Fransada fəaliyyət göstərən aerobatika komandasıdır. Komandanın debütü 1993-cü ilə təsadüf edir.[1] Uçuşlar üçün Max Holste MH.1521 Broussard və ən kiçik 2 mühərrikli təyyarə olan Colomban Cri-cri istifadə olunur. Komandanın fərqliliyi onda ibarətdir ki, Cri-cri özü havalanmır. Aviaşou təyyarənin üstünə quraşdırılmış Cri-Cri ilə havaya qalxması ilə başlayır və ayrılmazdan əvvəl bir neçə fiqur həyata keçirilir. Daha sonra havada Cri-cri ayrılır və birlikdə uçuş həyata keçirirlər.[2] Təyyarənin başqa təyyarə üstündə havaya qalxması daha əvvəl 1939-cu ildə "Short Mayo" və "Short Mercury" təyyarələri ilə həyata keçirilib.[3][4]

Breton şattlı
Növü Aerobatika komandası
Yaranma tarixi 1993 (1993) - Günümüz
Ölkə Fransa
Tabedir Mülki
Təchizatı Max Holste MH.1521 Broussard
Colomban Cri-cri

İstinadlar

  1. "Arxivlənmiş surət". 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-18.
  2. "Arxivlənmiş surət". 2022-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-18.
  3. "Arxivlənmiş surət". 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-18.
  4. "Arxivlənmiş surət". 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-18.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.