Bresler qulançarı
Bresler qulançarı (lat. Asparagus breslerianus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü.
Bresler qulançarı | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Asparagoideae Cins: Növ: Bresler qulançarı |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Təbii yayılması
Yabanı halda dünyanın mülayim iqlimi rayonlarında – Şimali Afrikada, Avropada, Kiçik və Mərkəzi Asiyada, Şimali Amerikada, Avstraliyada və Yeni Zelandiyada bitir.
Botanika təsviri
Hündürlüyü 50-150 sm olan, çox şahələnmiş, budaqlı, çoxillik bitkidir. Gövdəsi çılpaq, hamar, budaqları düz, yuxarı istiqamətlznmişdir. Kladodiləri nazik, düz, sapşəkilli, uzunluğu 1-3 sm, üç-altı ədəd, oturaqdır, yuxarı istiqamətlənmiş və ya çox-az gövdəyə yapışmışdır. Çıçəklərı ağ-sarımtıl, 1-2 ədəd, uzun,ortasından bölünmüş və ya bir az aşağı vəya yuxarı ayaqlarda əsas oxda və budaqlarda yerləşir; ççiçəkyanlığı zəngvari-qıfşəkilli, uzunsov hissəlidir. Kanarları ağ haşiyəlidir. Erkək çıçiçəklərin uzunluğu təxminən 5 mm, tozluqları təxminən erkəkcik saplarına bərabərdir. Çox qisa ayaqlarda yerləşmiş oturaq, uzunluğu təxminən 1 sm-dir. May-iyun aylarında çıçəkləyir. Meyvəsi şarşəkilli,qırmızı giləmeyvə olub, tez qaralandır. Meyvələri avqustda yetişir.
Ekologiyası
Rütübətsevən, kölgəyədavamlı bitkidir.
Azərbaycanda yayılması
Böyük Qafqazda, Naxçıvanda, Abşeronda, Murovdağda, Lənkəranda, Astarada rast gəlinir.
İstifadəsi
Ampel bitkisidir, tək əkinlərdə yaxşı görünür.