Brenda Kastillo

Brenda Kastillo (d. 5 iyun 1992 - San Kristobal, Dominikan Respublikası) — Dominikanlı voleybolçu.

Brenda Kastillo
Şəxsi məlumatlar
Tam adı Brenda Castillo
Ləqəbləri Bren, Çin-çin
Doğum tarixi
Doğum yeri Dominikan Respublikası San Kristobal Dominikan Respublikası
Vətəndaşlığı Dominikan Respublikası Dominikan Respublikası
Voleybolçu məlumatları
Boyu 167 sm
Çəkisi 55 kq
Bloku 215 sm.
Mövqeyi Libero
Karyerası
Komandası Azərbaycan Rabitə Bakı
Nömrəsi 9
Milli komanda karyerası
2008-günümüzə qədər Braziliya Dominikan Respublikası Milli Voleybol Komandası (qadınlar)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və karyerası

Dominikanlı libero dünyada ən çox fərdi mükafata layiq görülən voleybolçudur. Valideynləri Argentina və Alfonso, həyat yoldaşı isə Xulio Enrike de los Santosdur. Ləqəbi ispancadan tərcümədə balaca, kiçicik mənasını verən "çin-çin"dir. Bu adı ona bədən ölçülərinə görə veriblər. 2010-cu ildə o, çətin günləri arxada qoyub xristianlığı qəbul edir. Alkoqol aludəçiliyinə görə milli komandaya gec qoşulur, özünə və ailəsinə kömək etmək üçün həyatını dəyişmək qərarı verir və nizam-intizamlı bir oyunçu kimi meydana qayıdır. İstər gənclərdən ibarət Milli Komandada, istərsə böyüklər arasında keçirilən yarışlarda Brenda hər zaman özünü ən yaxşı tərəfdən göstərə bilib. 2012-ci il London Olimpiadasının ən yaxşı liberosu adını qazandıqdan sonra dünyanın diqqətini özünə daha da cəlb edən 20 yaşlı qıza Azərbaycan Çempionu Rabitə Bakıdan təklif gəlir. Həmin ilin noyabr ayından o, heyətə cəlb olunan Suzana Cebiçin əvəzinə komandaya gətirilir. Hal-hazırda da Rabitədə oynayan Brenda dünyanın ən güclü liberosu sayılır.

Xüsusiyyətləri

  • Boy: 167 sm
  • Çəki: 55 kq
  • Mövqe: Libero
  • Blok yüksəkliyi: 215 sm
  • Hücum yüksəkliyi: 245 sm
  • Nömrə: 9,5

Oynadığı klublar

Tarix Ölkə Klub
2007-2010 Dominikan Respublikası San Kristobal
2009 Dominikan Respublikası Pueblo Nuevo
2010 Dominikan Respublikası Mirador
2011-2012 Puerto-Riko Kriollas de Kaquas
2012- Azərbaycan Rabitə Bakı

Şəxsi nailiyyətləri

60-dan çox mükafatı olduğu üçün burda yalnız az bir hissəsi qeyd olunub.

2008

2009

  • Dünya Çempionatı (U-20) - "Ən dəyərli oyunçu (MVP)", "Ən yaxşı libero", "Ən yaxşı top qəbulu", "Ən yaxşı müdafiəçi"

2010

  • Pan Amerikan Kuboku - "Ən yaxşı libero", "Ən yaxşı top qəbulu", "Ən yaxşı müdafiəçi"
  • Şimali Amerika Çempionatı (U-20) - "Ən yaxşı libero", "Ən yaxşı top qəbulu", "Ən yaxşı müdafiəçi"
  • Dominikan Respublikası - "İlin idmançısı", "İlin voleybolçusu"
  • Düya Çempionatı (Yaponiya) - "Ən yaxşı libero"

2011

  • Puerto Riko Voleybol Liqası - "Ən yaxşı libero", "Ən yaxşı müdafiəçi"
  • Pan Amerikan Kuboku - "Ən yaxşı libero", "Ən yaxşı müdafiəçi"
  • Pan Amerikan Oyunları - "Ən yaxşı libero", "Ən yaxşı top qəbulu", "Ən yaxşı müdafiəçi"

2012

  • London Yay Olimpiya Oyunları - "Ən yaxşı libero"
  • Pan Amerikan Kuboku - "Ən yaxşı libero", "Ən yaxşı top qəbulu", "Ən yaxşı müdafiəçi"
  • Dominikan Respublikası - "İlin voleybolçusu"

2013

  • Azərbaycan Superliqası - "Ən yaxşı libero"
  • Dünya Çempionatı (U-23) - "Ən yaxşı libero"

2014

  • CEV Çempionlar Liqası - "Ən yaxşı libero"
  • Azərbaycan Superliqası - "Ən yaxşı libero"
  • Pan Amerikan Kuboku - "Ən dəyərli oyunçu (MVP)", "Ən yaxşı libero", "Ən yaxşı top qəbulu", "Ən yaxşı müdafiəçi"
  • Mərkəzi Amerika və Karib dənizi Oyunları - "Ən dəyərli oyunçu (MVP)", "Ən yaxşı libero", "Ən yaxşı top qəbulu", "Ən yaxşı müdafiəçi"
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.