Brem Stoker

Abraham "Brem" Stoker (ing. Abraham «Bram» Stoker, 8 noyabr 1847[1][2][…]20 aprel 1912[1][2][…]) — İrlandiyanın yazıçılarından biridir. Brem Stokerin yaradıcılığında Drakula əsəri mühüm yer tutur.[4]

Brem Stoker
ing. Bram Stocker
Doğum adı Abraham Stoker
Doğum tarixi 8 noyabr 1847(1847-11-08)[1][2][…]
Vəfat tarixi 20 aprel 1912(1912-04-20)[1][2][…] (64 yaşında)
Vəfat səbəbi psixi pozğunluq[d], insult
Dəfn yeri
  • Qolders-Qrin krematoriyası[d][3]
Vətəndaşlığı
Təhsili
Fəaliyyəti yazıçı, jurnalist, roman yazıçısı, teatr tənqidçisi, ssenarist, kargüzar[d]
Əsərlərinin dili ingilis dili
Janrlar qorxu ədəbiyyatı
Tanınmış əsərləri
İmza
bramstoker.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Əsl adı Abraham olan İrlandiya yazıçısı Brem Stoker 1847-ci ildə Dublində anadan olmuşdur. Uşaqlıq illərində heç bir həkimin müəyyənləşdirə bilmədiyi müəmmalı bir səbəbdən yatalaq xəstəliyinə düçar olmuş, səkkiz yaşına çatdıqda isə, qəfildən ayağa qalxaraq yerimiş, bununla da möcüzəvi şəkildə xəstəliyin pəncəsindən xilas olmuşdur. Həyatının sonrakı illərində Dublin Triniti kollecinin ən çox mükafat alan idmançısı belə olmuşdur.

Atası, teatra böyük marağı olan orta səviyyəli bir dövlət məmuru idi. Təsadüfi deyil ki, Stoker təhsilini bitirdikdən sonra, daha dəqiq desək, 1890-cı illərdə dövlət məmuru olmuşdur. Stoker təxminən bu illərdə, sonralar ona böyük şöhrət və məşhurluq qazandıracaq "Dracula" romanını yazmağa başlamışdır. O, təqribən 10 ilə yaxın dövlət məmuru kimi işlədiyi müddət ərzində atasının marağına uyğun şəkildə heç bir haqq tələb etmədən təmənnasız olaraq teatrla bağlı tənqidi əsərlər yazmışdır. İlk əsərləri ona uğur gətirməsə də, 1876-cı ildə yazdığı bir əsəri ilə o, dövrün məşhur aktyoru Henri İrvinq tərəfindən kəşf olunmuşdur. İki il sonra isə, dövlət məmurluğundan istefa edib Londona köçən Stoker İrvinqin yanında işləyərək adi işçidən xüsusi katib vəzifəsinə qədər yüksəlmişdir. Bu illərdə o, yazıçılığını da davam etdirmiş, tamamladığı məşhur "Drakula" romanını 1897-ci ildə İngiltərədə yayımlamışdır.

Brem Stoker həyatının sonrakı illərində ədəbiyyatla məşğul olmuş, evlənmiş və ömrünün sonunadək ən çox sevdiyi dostu İrvinqin yanından ayrılmamışdır. Lakin, bir versiyaya görə Stokerin İrvinqlə arasının yaxşı olmadığı bildirilir. Hətta, Stokerin Drakulanın xarici görünüşünü, despotluğunu və eqoistliyini İrvinqdən götürdüyü iddia edilir. Ədalət naminə deməliyik ki, həqiqətən də İrvinq qədər Drakulanın xarici görkəmini və xüsusiyyətlərini əks etdirən ikinci bir tip tapmaq çox çətindir.

Stoker həyatda ciddi, mədəni və qabiliyyətli bir insan olmuşdur. Davranışlarından və xarici görkəmindən o, sanki Viktoriya dövrünün kübar bir centlmenini xatırladırdı. Eyni zamanda o, macərapərəst biri idi. Həyatında maraqlı və qəribə hadisələr çox olmuşdur. Məsələn, bir dəfə o, Temza çayında qayıqla gəzərkən suya tullanan birini görür, dərhal suya atılıb onu sahilə çıxarsa da, həmin adamı ölümün pəncəsindən xilas etmək mümkün olmur. Lakin, buna baxmayaraq, Stokeri cəsarətinə görə bürünc medalla təltif edirlər.

Yaradıcılığı

1975-ci ildə, ilk dəfə yayımlanan "Brem Stokerin bioqrafiyası" kitabında (ing. A Biography of Bram Stoker), qohumu Danile Farson yazıçının şəxsi həyatına, xüsusilə də arvadı ilə münasibətlərinə dair bəzi "gizli qalmış" məsələləri açıqlamışdır. Belə ki, bioqrafiyada deyilənlərdən aydın olur ki, gözəlliyi ilə tanınan həyat yoldaşı ilk övladları dünyaya gəldikdən sonra yataq otağının qapılarını Stokerin üzünə bağlamışdır. Stoker isə bir çox həyat qadınları ilə cinsi əlaqələrə girmişdir. Görkəmli yazıçı 20 aprel 1912-ci ildə cinsi yolla keçən xəstəliklərdən biri olan sifilisdən vəfat etmişdir.

Əsərləri

Brem Stokerin yazdığı əsərlər sırasında ən məşhuru Drakula (roman)ıdır. Onun yazdığı digər, az tanınan əsərləri isə aşağıdakılardır:

  • 1902: The Mistery of the Sea (ing. Dənizin sirri)
  • 1904: The Jevel of Seven Stars (ing. Yeddi ulduzlu mücəvhər)
  • 1909: Lady of the Shroud (ing. Kəfənli qadın)
  • 1911: The Lair of the White Worm (ing. Ağ soxulcanın yuvası)

İstinadlar

  1. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Bram Stoker // Internet Broadway Database (ing.). 2000.
  3. Dracula (ing.). / M. Hindle Penguin Classics, 2011. P. xiii.
  4. Bram-Stoker Encyclopædia Britannica Arxivləşdirilib 2011-12-13 at the Wayback Machine (ing.)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.