Brekçiya

Brekçiya [ital. breccia – çınqıl, qırıntı]

Haqqında

Brekçiya bucaqlı qırıntılardan və sementdən ibarət iri qırıntı süxurlarıdır. Qırıntıların ölçüsünə görə brekçiya aşağıdakı növlərə ayrılır: qayma daş (>1000 mm), iri, orta, kiçik qırıntılı (1000–100 mm) və iri, orta, kiçik çınqıllı (100–10 mm). Qırıntılar tərkibcə eyni və ya müxtəlif növ süxurlardan ibarət ola bilər. Mənşəyinə görə çökmə, karst, kimyəvi, vulkanik, tektonik brekçiya ayrılır. Brekçiya endogenekzogen proseslər nəticəsində əmələ gəlir.

Həmçinin bax

  • Tektonik brekçiyalar

Mənbə

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.