Bredi Ellison
Bredi Ellison (27 oktyabr 1988, Qlendeyl, Arizona, Amerika Birləşmiş Ştatları) — Amerika Birləşmiş Ştatlarını təmsil edən oxatan. Bredi Ellison 2012-ci ildə London Olimpiadasında bir gümüş, 2016-cı ildə Rio-de-Janeyro Olimpiadasında isə bir gümüş və bir bürünc medal qazanıb. Bredi Ellison həmçinin 2013-cü ildə Dünya çempionu olub.
![]() ![]() | |
---|---|
![]() | |
Şəxsi məlumatlar | |
Tam adı | Bredi Ellison |
Vətəndaşlığı |
![]() |
Doğum tarixi | |
Doğum yeri | Qlendeyl, Arizona, ABŞ |
Boyu | 1,81 m |
Çəkisi | 86 kq |
İdman növü |
![]() |
Rəsmi saytı | |
28 avqust 2016 tarixində yenilənib. |
Karyerası
Bredi Ellison karyerasında birinci ciddi uğurunu 2007-ci ildə Pan Amerikan Oyunlarında qazandı. O, Braziliyada keçirilən yarışlarda qızıl medal qazandı. Bredi Ellison karyerasında birinci dəfə Olimpiya Oyunlarına isə 2008-ci ildə qatıldı. Fərdi yarışlarda o, 1/16 final mərhələsində Kanada idmançısa məğlub olaraq mübarizəni medalsız başa vurdu. Bredi Ellison birinci ciddi zəfərini isə 2011-ci ildə Dünya Çempionatında qazandı. İtaliyanın Turin şəhərində baş tutan yarışlarda Bredi Ellison bürünc medal qazandı. Növbəti, 2012-ci il isə Bredi Ellison daha uğurlu oldu. Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında o, komanda yarışlarında gümüş medala sahib çıxdı. Olimpiya Oyunlarından sonra, 2013-cü ildə Bredi Ellison Antalya şəhərində Dünya çempionu oldu. Bredi Ellison özünün üçüncü Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında o, fərdi yarışlarda bürünc medal qazandı. Komanda yarışlarında isə Bredi Ellison komanda yoldaşları Zaç Qarrett və Cek Kaminski ilə birgə gümüş medal qazandı.