Braziliya bayramları
Braziliyada ictimai bayramlar həm dövlət, həm ştatdaxili, həm də bələdiyyə səviyyəsində qanuni olaraq qeyd olunur. Əksər bayramlar ümummilli formada qeyd edilsə də, bəziləri yalnız ştatdaxili qeyd olunur.[1]
İllik rəsmi bayramlardan başqa (cədvəldəkilər) [2][3][4] Braziliya hökümətinin qəbul etdiyi konstitusiyaya görə, ölkədə keçirilən seçki günləri də milli bayram hesab edilməkdədir. Hər il ümumi seçkilərin birinci turu oktyabr ayının ilk bazar günü, ikinci turu isə son bazar günü keçirilməkdədir. Bundan başqa Braziliyada müxtəlif milli və etnik bayramlar da qeyd olunur.[5]
Tarix | Bayramın adı
(Azərbaycanca) |
Bayramın adı
(Portuqalca) |
---|---|---|
1 yanvar | Yeni il bayramı | Ano Novo/ Confraternização Universal |
21 aprel | Milli inqilab günü | Dia de Tiradentes |
1 may | Beynəlxalq əmək günü | Dia do Trabalhador (Dia do Trabalho) |
7 sentyabr | Müstəqillik günü | Dia da Independência |
12 oktyabr | Uşaqlar günü | Nossa Senhora Aparecida |
2 noyabr | Ölülər günü | Dia de Finados |
15 noyabr | Respublika bayramı | Proclamação da República |
25 dekabr | Milad | Natal |
İstinadlar
- "L9093 Arxivləşdirilib 2014-04-05 at the Wayback Machine". Presidência da República Casa Civil.
- "L0662" Arxivləşdirilib 2010-07-19 at the Wayback Machine. Presidência da República Casa Civil.
- "L6802" Arxivləşdirilib 2008-03-21 at the Wayback Machine. Presidência da República Casa Civil.
- "L10607" Arxivləşdirilib 2010-06-12 at the Wayback Machine. Presidência da República Casa Civil.
- ""Holidays in Brazil - Gift Ideas for Sending Gifts to Brazil"". 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-21.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.