Braziliya Qran-prisi

Braziliya Qran-prisi (port. Grande Prêmio do Brasil) - Formula 1 avtomobil yarışları üzrə dünya çempionatının mərhələlərindən biri. San-Paulu şəhərində, Xose Karlos Pase avtodromunda keçirilir.

Xose Karlos Pase (İnterlaqos) trası

Ümumi məlumat

Braziliya Qran-prisi ilk dəfə 1972-ci ildə İnterlaqos trasında keçirilmişdir. İlk yarış qeyri-rəsmi idi və Formula 1 üzrə dünya çempionatının təqviminə daxil edilməmişdi. Yarış test xarakteri daşıyırdı. Beləki əgər təşkilatçılar FİA-nı razı sala bilsələr qran-pri keçirmə hüququ ala bilərdilər. Bu hal növbəti ildən etibarən dəyişdi. Braziliya qran-prisinin keçirilməsində braziliyalı pilot Emerson Fittipaldinin böyük rolu olmuşdur. Elə o 1973-cü il ilk rəsmi Braziliya Qran-prisinin qalibi olmuşdur.

Bütün Cənubi Amerika avtodromları kimi İnterlaqos trasıda böyük şəhərlərdə, əhalinin sıx olduğu yerlərdə salınırdı. Buna görə onların izləyici sayı çox böyük olurdu.

1978-ci ildə qran-prinin trası bir illiyə dəyişdirilərək Rio-de-Janeyro şəhərindəki Jakarepaqua trasına keçirildi. Bunun səbəbi San-Pauludakının təhlükəsizlik problemləri ilə bağlı idi. 1979-cu ildə qran-pri yenilənmiş İnterlaqos trasına qaytarıldı. Ancaq İnterlaqosda yolun düzlüyü ilə bağlı problemlər meydana gəlmişdi. Belə qərar alındı ki, qran-pri növbəli şəkildə hər iki trasda keçrilsin. 1980-ci ildə Jakarepaqua trasında çökmə yarandığından yarış İnterlaqosda keçirilməli idi. Ancaq son illərdə San-Paulu şəhərinin əhalisinin artması, avtodromun ətrafında gecəqonduların yaranması Formula 1 yarışlarının görünüşünə zərər vururdu. İnterlaqosda keçirilən qran-pri yenidən pilotların tənqidinə səbəb oldu. Beləki yolun kələ-kötürlüyü avtomobillərdə silkələnmə yaradırdı. Əsasəndə qanadlı bollidlər bu cür trasada çox böyük çətinliklərlə üzləşirdilər. 1981-1989-cu illər arasında qran-pri ardıcıl olaraq Rioda keçirildi. İnterlaqosa qayıdış 1990-cu ildə baş tutdu.

1987-ci ildə İnterlaqos avtodromunun adı 1977-ci ildə aviasiya qəzasında vəfat edən braziliyalı pilot Xose Karlos Pasenin şərəfinə dəyişdirildi.

1990 qran-priləri üçün San-Paulu trasında müəyyən dəyişikliklər edildi. Uzun üfüqi yollar ləğv edilərək onun əvəzinə oxşar ancaq daha qısa yol və S-formalı döngə daxil edildi.

1994-cü ildən etibarən adətən bu qran-prinin qalibi mövsümün sonu Formula 1-in çempionu olurdu. İstisna olaraq Felipe Massanın 2006 və 2008-ci illərdəki qalibiyyəti ona çempionluğu qazandırmadı.

Qaliblər

Pilotlar

Qalibiyyət sayı Pilot Qran-pri
6 Fransa Alen Prost 1982, 1984, 1985, 1987, 1988, 1990
4 Almaniya Mihael Şumaher 1994, 1995, 2000, 2002
3 Argentina Karlos Royteman 1977, 1978, 1981
Almaniya Sebastyan Fettel 2010, 2013, 2017
2 Braziliya Emerson Fittipaldi 1973, 1974
Braziliya Nelson Pike 1983, 1984
Böyük Britaniya Naycell Mensel 1989,1991
Braziliya Ayrton Senna 1991, 1993
Finlandiya Mika Hakkinen 1998, 1999
Kolumbiya Xuan Pablo Montoya 2004, 2005
Braziliya Felipe Massa 2006, 2008
Avstraliya Mark Uebber 2009, 2011
Almaniya Niko Rosberq 2014, 2015
Böyük Britaniya Lyuis Hemilton 2016, 2018

Komandalar

Qələbə dayı Komandalar İl
12 Böyük Britaniya Mclarem 1974, 1984, 1985, 1987, 1988, 1991,

1993, 1998, 1999, 2001, 2005, 2012

11 İtaliya Ferrari 1976, 1977, 1978, 1989, 1990, 2000,

2002, 2006, 2007, 2008, 2017

6 Böyük Britaniya Williams 1981, 1986, 1992, 1996, 1997, 2004
5 Avstriya Red Bull 2009, 2010, 2011, 2013, 2019
4 Almaniya Mercedes 2014, 2015, 2016, 2018
2 Böyük Britaniya Brabham 1975, 1983
Fransa Renault 1980, 1982
Böyük Britaniya Benetton 1994, 1995

İstinadlar

Həmçinin bax

"Formula-1" Qran-pri siyahısı

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.