Braziliya İstiqlal müharibəsi

Braziliya İstiqlal müharibəsi (port. Guerra da İndependencia do Brasil).Bu münaqişə özünü müstəqil elan etmiş Braziliya İmperiyası və Portuqaliyanın silahlı qüvvələri arasında 1822-1824 ci illərdə Braziliyanın azadlığı uğrunda baş vermişdir.

Braziliya İstiqlal müharibəsi
Tarix 18 fevral 1822-8 may 1924
Yeri BraziliyaUruqvay
Nəticəsi

Braziliyanın qalibiyyəti

Münaqişə tərəfləri

Braziliya imperiyası

  • Braziliya koloniya ordusu
  • Braziliya koloniya donanması
  • Avropalı muzdlular
  • Braziliyalı vətənpərvərlər

Portuqal ordusu

Komandan(lar)

I Pedru (Braziliya imperatoru)
Böyük BritaniyaTomas Kokreyn
Böyük BritaniyaCon Qrenfell
FransaPedro Labatut

Juan VI

Tərəflərin qüvvəsi

27,000 nəfər
90 gəmi

18,000 nəfər
55 gəmi

Ümumi itkilər
5700-6200 arası ölü
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Müharibədən əvvəlki vəziyyət

    1808-ci ildə Portuqaliya kral ailəsinin üzvləri fransız ordularından qaçaraq Braziliyaya gəlirlər.Kral burada böyük işlər görərək Rio de Janeyrodan ölkəni idarə edir.Napoleon Bonapart işğalları bitdikdən sonra belə geriyə Avropaya qayıtmır.Kral Juan rəhbərlik etdiyi ölkənin adını dəyişərək Birləşmiş Portuqaliya,BraziliyaAlqarv krallığı elan edir. 1820-ci ildə Portuqaliyada inqilab baş verir.Bu səbəbdən 1821-ci ildə konsitutsiya qəbul edilir.İnqilab dalğası Braziliyayada gəlib cıxır.1821-ci ilin fevral ayında Baiedə qanunverici orqan yaradılır,kral isə buna qarşılıq olaraq məhdud səlahiyyətə malik parlament təşkil edirki,buda münaqişəni alovlandırır.26 sentyabrda şəhərin meydanlarına çıxışçılar toplanır və onlar konsitutsiyanıın qəbulunu istəyirdilər.Onları kralın oğlu Pedro sakitləşdirərək,konsitutsiya qəbul ediləcəyini bildirir.2 ay sonra Xalq Konvernti yaradılır.Pedru ordunun sayəsində Konverntləri qovmağa nail olur.Braziliyada inqilab yatırılır ancaq kral Juanın xalq arasında nüfuzu azalır.Kral Lissabona getməli olur.Rio de Janeyranı tərk edərkən oğlu Perdonu vəliəhd təyin edərək bu sözləri deyir: <<Əgər Braziliya müstəqil olmaq istəsə onda qoy sənin rəhbərliyin altında baş versin,nəyinki avanturis qüvvələrin.Sən mənə ehtiram etməlisən>> Portuqaliyada Juan artıq hec bir addım ata bilmir,belə ki Liberal çoxluq Lissabonda nazirləri özü təyin edirdilər.Onlar 1807-ci ildə Braziliyaya verilən yüksək muxtariyyəti ləğv etmək niyyətində idilər.Rio de Janeyrada yerləşən qoşun (hansı ki Legion adlanırdı) Portuqaliyanın Braziliyada dominantlığının qarantı idi.Lissabon hökumətinin bu cür addımlar xalqı gənc vəliəhd ətrafında birləşməyə vadar olurlar.İlk əvvəl gizli hərəkat yaradılır ki,onun başında Pedrunun keçmiş baş naziri Arkuşa dururdu.Juan oğluna gizli məktub yazaraq Potuqaliyadan gələn təklifləri qəbul etməməyi məsləhət görür.Cünki əgər mərkəzi hökumətin qərarlarını qəbul edilərsə Cənubi Amerikada baş verən inqilablar Braziliyadan yan keçməyəcək

    Müharibənin gedişi

    Braziliya İmperiyasının bayrağı

    5 iyun 1821-ci ildə <<Legion>> Rio de Janeyroda hakimiyyəti ələ keçirir.Pedruya ultimatum göndərərək Arkusun istefasını və müstəqillik əlehdarı olan Xuntanın yaradılmasını tələb edirlər.Belə ki,Portuqaliya ordusu say və təhcizat baxımından daha güçlü idilər.Pedru <<Legionun>> tələblərini,qəbul etməli olur,amma onun tərəfdarları onu braziliya xalqını satmaqda itiham edirlər.2 ay sonra kortes Pedruya Avropaya qayıtmağı tələb edirlər.Bəhanə isə <<onun siyasi təhsilini davam etdirmək>> olur.Kortesdə onun qurtuluş hərəkatına rəhbərlik edəcəyindən qoxurdular.Buna cavab Pedru xalqa müraciət edir.Bütün əsas şəhərlərə emisarlar göndərilir.Xalq onun qalmasını istəyir.9 yanvar 1822-ci ildə Pedru tarixi bir kəlmə işlədir:<<Mən qalıram>> (port. Fico).Bu gün Braziliya tarixinə Fiko günü kimi qalır.Legion generalı Avileş öz ordusunu şəhərinən hündür nöqtələrinə yerləşdirir.Hədəf Kampu di Santan idiki bu ərazidə Pedrunun tərəfdarları toplanmışdı.Bununla belə o ölkəsinin vəliəhdinə zərər yetirmək niyyətində olmaması səbəbindən tərədüd içində idi.Bu ərəfədə Pedrunun nizamsız ordusu hüdür məntəqələrdə yerləşən potuqaliyalıları mühasirəyə alır.Avileş ordunu Praya-Qrandiyə geriyə çəkməli olur.Pedrunun qoşunu portuqaliyalıları limana sıxışdırılır.Avileşə ordunu toplayıb Portuqaliyaya qayıtmaq əmr edilir.Ancaq o acıq dənizdə mövqe tutaraq yardımçı qüvvələrin gəlməsini gözləyir.Pedru isə Minas-Jerays və San Pauludan əlavə qüvvələr çağrılır. Pedru bundan sonra portuqaliyalılara ya gəmilərə minib getmək ya da ölmək seçimi verir.Avileş getməyi üstün tutaraq Rio de Janeyonu tərk edir.Minas Jerays və San Paulu vilayyətləri Pedruya tabe olsada Baye vilayyəti isə ona qarşı cıxır.1822-ci ildə İpiranqa çayı sahilində Pedru geyimində olan portuqal gerbini qopararaq,qılıncını yuxarı qaldıraraq bu kəlmələri deyir:Mənin qanımla,mənim şərəfimlə və Tanrının köməyi ilə.Mən Braziliyanı müstəqil edəcəyəm.Sonra bunuda,əla edərək deyir:^Vaxt catıb.Ya Azadlıq ya Ölüm!Biz Portuqaliyadan ayrılırıq^.Onun ^Ya Azadlıq ya da Ölüm^ kəlməsi istiqlaliyyatın şuarına çevrilir.

    Pedronun İpiranqa çayı sahilində məşhur çıxışı

    12 Oktyabr 1822-ci ildə Pedru Braziliyanın birinci İmperatoru seçilir.1 dekabrda tac qoyma mərasimi baş tutur.İmperatorun ilk işi pərakəndə halında olan qüvvələri birləşdirmək idi. Şimal vilayyətləri Baya,Marapon və Para portuqal ordusunun nəzarətində idi.Bu ərazilərə məsafənin uzaqlığı quru əməliyyatları keçirməyi mümküsüz edirdi.Qalibiyyət üçün dənizdə hakim olmaq lazım idi.Bu ərəfədə 1823-ci ilin martında məkşur admiral Kokreyn Rio de Janeyroya gəir.O Latın Amerikasının yeni yaranmış dövlətlərinin donanmasına rəhbərlik etmişdir.Hətta O Sakit okeanında İspan donanmasını darmadağın etmişdir.Pedru və Kokreyn arasında dosluq yaranır ki ,o da imperatora xidmət etməyə razılıq verir.

    Lord Tomas Kokreyn

    Braziliya donanmasında cəmi 8 gəmi vardı ki ,onunda 2 istismara yararsız idi.Bunula belə o döyüşə hazırlaşırdı yolda gəmi heyətlərinin səriştəsizliyi ortaya cıxır.Bu zaman o ingilis və amerikalı gəmiçiləri <<Pedru Primeyru>> gəmisinə toplayaraq öz cinahını gücləndirir.1923 -ci ilin martında Kokreyn Baiya limanına daxil olur.Pnun bu cəsur addımı Qarnizon rəhbəri olan Madyeryanı təşvişə salır.Kokreyn ona göndərdiyi məktubda mülki və hərbi itgilərin olmaması üçün təslim olmasını tələb edir.Madyerya qarnizonu və portuqalları 13 gəmiyə yükləyərək San Luiş di Maranonaya yola düşür.

    Salvador Baiya 2iyul 1823

    Gəmi karvanı təqib edilərək qarnizonun yarısı sıradan cıxarılır.Kokreyn zədələri düzəltmək üçün 26 iyulda portuqal donanmasından əvvəl San Luiş di Maranona limanına catır.Şəhər Qubermatoruna artıq portuqal donanmasının artıq məhv edildiyini bildirərək dirənişin mənasız olduğunu bildirir.Qubernator qarnizonu topluyaraq Portuqaliyaya getməli olur. Kokreyn şəhərin müdafiəsini gücləndirir Maranon şəhərinin tutulmasını öyrənən Madyerya öz donanmasını portuqalların son istinadgahı olan Pare Hoya yönləndirir.Kokneyn artıq təcrübəli dənizçi olan Qrenfelli zəbt olunmuş gəmidə ora göndərir.O əvvəlki hiyləni təkrarlayır.Şəhər rəhbərliyi əlavə qüvvələr gəlməyincə şəhəri mühafiəyəsinin təşkili mümkünsüz olmasını anlayaraq 12 avqustda təslim olurlar.Bununla da bütün şimali Braziliya Pedrunun hakimiyyəti altına düşür.

    Nəticə

    Kral Juan VI 1823-ci ildə Vilafrankad üsyanı nəticəsində Portuqaliyada hakimiyyəti tam əlinə alır.O Braziliyaya öz nümayyəndəsini göndərir,ancaq onu hec sahilə belə buraxmırlar.Juan oğluna göndərdiyi məktubda Braziliyanın müstəqilliyini tanıya bilməyəcəyini bildirir,cünki o ölkədə yarana biləcək vəziyyətdən çəkinir.Bununla belə qurtuluşu boğmaq üçün hec vaxt ordu göndərməyəcəyini bildirir. 1825-ci ildə Böyük Britaniyanın vatəçiliyi ilə Rio-da-Janeyroda Portuqal-Braziliya anlaşması imzalanır.

    İstinad

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.